Qənirə Paşayeva ABŞ-da Türkiyə Parlamentinin nümayəndə heyəti ilə görüşdü
Bütün Xəbərlər
14:38 10.10.2012
883
ABŞ-da səfərdə olan millət vəkili Qənirə Paşayeva Hyustonda keçirilən Türkidilli Ölkələrin Böyük İpək Yolu Festivalı çərçivəsində tədbirlə bağlı Türkiyədən gəlmiş Türkiyə Böyük Millət Məclisinin 12 millət vəkilinin və Türkiyənin Mədəniyyət nazirinin müavini Abdurrahman Arıcının təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb və fikir mübadiləsi aparılıb.6 Türk Dövlətinin birlikdə ABŞ-da Türk xalqlarının tarixini, mədəniyyətini, adət-ənənəsini, musiqisini, mətbəxini, fəlsəfə və düşüncəsini, keşmişilə bərabər bu gününü də özündə əks etdirən böyük və yüksək səviyyəli festival keçirməsinin çox böyük əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, bu festival Amerikalılara böyük tariximiz və mədəniyyətimiz barədə daha geniş məlumatların çatdırılması ilə bərabər Avrasiya regionunda böyük güc olan Türk dövlətlərinin və xalqlarının qardaşlıq və birliyini nümayiş etdirmək üçün də vacib və əhəmiyyətlidir. Bu cür böyük və əhəmiyyətli tədbirlərin həm də Türk milləti əleyhinə uzun illərdir yalan və böhtan məlumatlar yayan erməni diaspor və lobbisi də daxil olmaqla bəzi qrupların zərərli fəaliyyətinin qarşısının alınması istiqamətində önəmli olduğu görüş zamanı xüsusi qeyd olunub.Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini deyən Türkiyə millət vəkilləri iki qardaş ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluqlarını söyləyiblər. Türkiyənin daim Azərbaycanın yanında olacağını deyən Türkiyə Böyük Millət Məclisinin millət vəkilləri Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini bundan sonra da bütün platformalarda geniş şəkildə dəstəkləyəcəklərini deyiblər. Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva Azərbaycan və Türkiyə bir millət iki dövlətdir fikirini qeyd edərək Azərbaycanın da daim qardaş Türkiyənin yanında olduğunu deyib.“Türkiyə nə qədər güclənərsə, Azərbaycan o qədər güclənmiş deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir. Azərbaycan və Türkiyə Avrasiya məkanının, bölgənin getdikcə böyüyən gücləridir və Azərbaycan hər zaman qardaş Türkiyənin güclənməsinə və ugurlarına sevinir”, – deyə millət vəkili bildirib.Qeyd edək ki, görüş zamanı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, dünyanın hər yerində, o cümlədən ABŞ-da Azərbaycan həqiqətlərinin daha geniş yayılması, qondarma “erməni soyqırımı” yalanlarınınqarşısının alınması istiqamətində diasporumuzla birlikdə səylərimizi daha da artırmalıyıq. Görüşdə iştirak edən ABŞ-da fəaliyyət göstərən bir sıra türk diaspor təşkilatları rəhbərləri ilə fikir mübadiləsi zamanı millət vəkilləri bu ölkədə yaşayan türk kökənli insanların sayının getdikcə daha da artmasının səsimizin Amerika ictimaiyyətinə daha geniş çatdıra bilməyimiz üçün böyük bir potensial olduğu, səylərin birləşdirilməsinin və gücləndirilməsinin vacibliyini vurğulayıblar.Həmçinin Qənirə Paşayeva görüş zamanı ABŞ-da yaşayan, dünyanın müxtəlif coğrafiyalarından bu ölkəyə gəlmiş Türk kökənli insanların və onların təşkilatlarının koordinasiya olunmuş şəkildə, bir-birlərinə sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmalarının daha da artırılmasının vacibliyini də diqqətə çatdırıb.