Qənirə Paşayeva Ağdamdan yazdı - "Azadlığın mübarək!"

Qənirə Paşayeva Ağdamdan yazdı - "Azadlığın mübarək!"
SOSİAL
15:29 20.11.2020
509
Ağdamımızın işğalına son qoyuldu! Bu tarixi hadisə münasibəti ilə ilk növbədə Ağdam sakinlərini, xalqımızı təbrik edir, ən xoş diləklərimi çatdırıram!

Ən böyük təbriklərimiz və təşəkkürlərimiz Şanlı Ordumuza, Ordumuzun Müzəffər Ali Baş Komandanınadır! Ölkə başçısının Ağdam rayonunun işğaldan azad olunması münasibətilə buğun Xalqa Müraciətində vurğuladığı kimi, "Ağdam üçün yeni dövr başlayır. ...Ağdamın işğaldan azad edilməsi Şanlı Hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə – işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi”.

Tarix Azərbaycanı, Azərbaycanın dövlət başçısını haqlı çıxardı. Ermənistan-Azərbaycan elanolunamış müharibəsinin, torpaqlarımızın işğaldan azad edilməsi Ermənistanın təqsiri üzündən siyasi-diplomatik yolla mümkün olmadı, məhz hərbi-siyasi yol öz müsbət nəticəsini verdi. Baxmayaraq ki, Azərbaycan Respublikası 30 ilə yaxın müddətdə məhz siyasi-diplomatik yolla həll variantı üçün nə mümkündüsə, onu etdi. Əvəzində nə oldu? – Bütün dünya aydın şəkildə gördü ki, məhz işğalçı Ermənistanın hüquqtanımaz mövqeyinə görə bu həll mümkün olmadı. Beləliklə, Azərbaycan Dəmir Yumruğu öz tarixi missiyasını yerinə yetirmiş oldu. Bununla BMT Təhlükəsizlik Şurasının müvafiq Qətnaməsi yerinə yetirilmiş oldu.
Öz ərazimizi azad etmək bizim tam qanuni haqqımızdı – bu, beynəlxalq hüquqla da belədir, tarixi əsaslarla da, mənəvi faktura ilə də...

Ağdamlı həmvətənlərimiz artıq məcburi köçkün deyil! Bu, doğrudan tarixi hadisədir! Gözümüz aydın olsun!

Sonuncu dəfə işğaldan bir neçə ay öncə Ağdam şəhərində olmuşdum. Ağdamla bağlı xatirələrim var. İnanıram ki tezliklə o gözəl şəhər yenidən qurulacaq, Ağdama qaynar həyat qayıdacaq. Ağdam Çörək Muzeyinin, Ağdam Məscidinin, digər abidələrin, mədəniyyət obyektlərinin ilk sırada bərpa olunacağına inanıram.

Azadlığın mübarək, Ağdam!

Gözün aydın, Azərbaycan!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Faciəli şəkildə ölən hərbçimizin FOTOSU
15:01 03.03.2026
Faciəli şəkildə ölən hərbçimizin FOTOSU
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
14:58 03.03.2026
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
14:56 03.03.2026
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
14:55 03.03.2026
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
14:48 03.03.2026
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
14:47 03.03.2026
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
14:46 03.03.2026
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
14:45 03.03.2026
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
14:43 03.03.2026
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
14:41 03.03.2026
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
“AniPay”in fəaliyyəti dayandırılır
14:41 03.03.2026
“AniPay”in fəaliyyəti dayandırılır
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
14:37 03.03.2026
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
14:28 03.03.2026
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
14:26 03.03.2026
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
14:21 03.03.2026
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
14:17 03.03.2026
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu