Qənirə Paşayeva “Azərbaycan Tədris Akademiyası”na gəlir

GƏNCLİK
23:10 01.02.2012
1668

Yalnız 1 gün – 4 fevral tarixində saat 18:00-da millət vəkili, Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri, Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Azərbaycan Tədris Akademiyasında (A.S.A) qonaq olacaq.

Millət vəkili A.S.A-da gənc jurnalistlərlə söhbətləşib, onları maraqlandıran sualları cavablandıracaq. Qənirə Paşayeva gənclərlə görüşündə jurnalistika fəaliyyətindən, yazarlığından, millət vəkili kimi gördüyü işlərdən və şəxsi həyatından danışacaq.

Jurnalistikaya maraq göstərən və Qənirə Paşayeva ilə görüşmək istəyən hər kəs A.S.A-ya dəvətlidir.

Müraciətlərinizi 4 fevral saat 17:00 qədər [email protected]/* */ ünvanına göndərməklə yaxud 562 36 39 və 070 399 36 39 nömrələrinə zəng vurmaqla edə bilərsiniz. Qeydiyyat üçün yerlər məhduddur.

OXŞAR XƏBƏRLƏR