Qənirə Paşayeva bələdiyyə başqanı ilə ön cəbhədə

Qənirə Paşayeva bələdiyyə başqanı ilə ön cəbhədə
Bütün Xəbərlər
15:00 29.07.2014
920

Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə Türkiyənin Bolu bələdiyyəsi rəsmiləri və TUSİAB Ramazan bayramını Tovuzda, ön cəbhədə hərbi hissədə qarşılayıblar. 

AZXEBER.COM xəbər verir ki, millət vəkili Qənirə Paşayeva çıxışında deyib ki, arzusu Türkiyədən gəlmiş qardaş-bacılarımızla gələn Ramazan bayramını Ali Baş komandanın rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda , Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd etməkdir: “Bilirəm ki, bu bütün əsgər və hərbiçilərimizin, bütün xalqımızın arzusudur. Mən sizə və hamımıza bu arzuya çatmağı və bu istiqamətdə hər kəsə öz yerində daha çox çalışmağı diləyirəm”.

Türkiyənin Bolu Vilayətinin bələdiyyə başqanı Aladdin Yılmaz, başqan müavini Emine Davarçıqlıoğlu, bələdiyyə rəsmiləri Gülər Mert, Mehmet Çetin və Azərbaycanda fəaliyyət göstərən türk iş adamları qurumu TUSİAB adından Selcuk Düzgün çıxış edərək ön cəbhədə hərbi hissədə Azərbaycan əsgər və hərbçiləri ilə birlikdə olmaqdan, onlarla birlikdə Ramazan bayramını qeyd etməkdən böyük məmnuniyyət duyduqlarını deyiblər:”İnşallah gələn Ramzan bayramını Dağlıq Qarabağda birlikdə keçirək və bu gözəl bayraqlarımız birlikdə orda da dalğalansın”.

Qənirə Paşayeva daha sonra qeyd edib ki, Türkiyənin Bolu Vilayətinin bələdiyyə başqanı Aladdin Yılmaz, bələdiyyə başqan müavini Emine Davarçıqlıoğlu, bələdiyyə rəsmiləri Gülər Mert, Mehmet Çetin və Azərbaycanda fəaliyyət göstərən türk iş adamları qurumu TUSİAB adından Selcuk Düzgün bu gündən Azərbaycan ordusunun könüllü əsgəri oldu: “Onlara Tovuzda,ön cəbhədə Azərbaycanın əsgər və zabitləri adından Azərbaycan əsgərinin hərbi formasını hədiyyə etdik və bildirdik ki, “bu ən qiymətli hədiyyədir və biz inanırıq ki, siz hər zaman özünüzü Azərbaycan ordusunun könüllü bir əsgəri kimi hiss edəcəksiniz.” Azərbaycan əsgərinin formasını geyinən Türkiyəli qardaş-bacılarımız isə bu həyatımızda aldığımız ən gözəl hədiyyələrin önündə gəlir və hər zaman Azərbaycanın və ordusunun yanındayıq, onun bir əsgəriyik və bu hədiyyədən, bu formanı geyməkdən böyük şərəf və qürur duyuruq” deyərək hər biri əsgər salamı verdilər və gələn tədbirləri birlikdə işğaldan azad edəcəyimiz torpaqlarımızda keçirək deyə arzularını da dilə gətirdilər”.

OXŞAR XƏBƏRLƏR