Qənirə Paşayeva çağırış etdi

Qənirə Paşayeva çağırış etdi
SOSİAL
18:06 01.06.2017
1175
Millət vəkili Qənirə Paşayeva Səhiyyə Komitəsinin iclasında antibiotiklərin həkim resepti olmadan satılmasının tamam qadağan olunmasına çağırıb.
 
Millət vəkili Q. Paşayeva bu gün MM-in Səhiyyə Komitəsinin iclasında antibiotiklərin həkim resepti olmadan satılmasının qadağan olunması təkilifi ilə çıxış edib və bu məsələnin təcili şəkildə öz həllini tapmasının vacib səbəblərini xüsusi vurğulayıb. Dünyanın bir çox inkişaf etmiş ölkələrində antibiotiklərin həkim resepti olmadan satılmasının qadağan olunduğunu deyən millət vəkili Q. Paşayeva antibiotiklərin həkim nəzarəti olmadan qəbul edilməsinin törətdiyi dəhşətli fəsadlar və onların ölkəmizdə getdikcə daha da artmasını xüsusi vurğulayıb.
 
Əhalinin bu məsələ ilə bağlı geniş marifləndirilməsinə böyük ehtiyac olduğunu xüsusi vurğulayan millət vəkili Q. Paşayeva əhaliyə və apteklərə çağırış edib:” Bəzi insanlar özü və ya ailə üzvləri, uşaqları bir az soyuqlayan kimi, qızdırması olan kimi apteklərə gedib tez sağalmaq üçün antibiotik alırlar. Bəziləri qonum-qonşusunun tövsiyyəsi ilə yaxşı təsir edir filan antibiotiki ver deyib alır və ona lazım olub-olmadığının, dozasının fərqində olmadan istifadə edir. Bölgələrdə bir sıra aptek işçiləri və ya ali tibb təhsili olmayan orta tibb işçiləri də belə məsləhətlərdə təəssüf ki çox fəal olurlar. Aptekə gedib görəsən tez sağalmaq üçün nə daha təsirli hansı dərmanı alsam yaxşı olar deyəndə böyük həvəslə antibiotik məsləhət görən aptek əməkdaşları da az deyil. Antibiotikdən bu cür istifadənin ağır nəticələrini isə bir az sonra həmin insan ya özü, ya da ailə üzvləri çəkir.
 
Bir neçə eşitməsində ciddi problem yaşayan uşaqların ailə üzvləri ilə danışanda bəziləri ağlayaraq öz əlimizlə uşağımıza zərər vurmuşuq antibiotikin doğru istifadə edilməməsinin nələrə səbəb olduğunu bilmirdik deyirlər. Amma təəssüf ki ağır fəsadı aradan qaldırmaq sonra çox gec olur. Ona görə insanlarımızı qorumaq üçün antibiotiklərin həkim resepti olmadan satılması qadağan edilməlidir və mən xahiş edirəm ki, Səhiyyə Komitəsi bu məsələyə böyük diqqət ayırsın. Ayrıca mətbuat və media ilə əhalinin bu istiqamətdə geniş marrifləndirilməsi üçün KİV-lər və müvafiq qurumlarla bilikdə işləri daha da artırmalıyıq." Dünyanın inkişaf etmiş ölkələrində bu istiqamətdə görülən işlər, mütəxəssislərin fikirləri barədə danışan millət vəkili Q.Paşayevanın bu təklifini millət vəkili həmkarları və komitə sədri, akademik Əhliman Əmiraslanov da dəstəkləyib. O bildirib ki," antibiotiklərdən doğru istifadə edilməməsi böyük faciələrə yol açır və bir sıra dünya ölkələri bununla bağlı ciddi nəzarət mexanizmlərini həyata keçirir. Ölkəmizdə də həkim resepti olmadan antibiotiklərin satılmaması doğru yanaşmadır və komitə olaraq bu məsələni diqqətdə saxlayacağıq."
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yayda pişiklərə necə qulluq edək? - Mütəxəssislərdən vacib tövsiyələr
14:42 23.06.2026
Yayda pişiklərə necə qulluq edək? - Mütəxəssislərdən vacib tövsiyələr
5 ayda 5 ölüm: Bakıda motosiklet qəzalarının statistikası açıqlandı
14:37 23.06.2026
5 ayda 5 ölüm: Bakıda motosiklet qəzalarının statistikası açıqlandı
Arif Hacılının ölkədən çıxışına "stop" qoyulub
14:33 23.06.2026
Arif Hacılının ölkədən çıxışına "stop" qoyulub
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
14:17 23.06.2026
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
Keçmiş sevgilisi tərəfindən hücuma məruz qalan qadın gözünü itirib - FOTOLAR
14:02 23.06.2026
Keçmiş sevgilisi tərəfindən hücuma məruz qalan qadın gözünü itirib - FOTOLAR
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular - Fotolar
13:55 23.06.2026
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular - Fotolar
Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir
13:52 23.06.2026
Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birinci yaşayış kompleksində olublar - FOTOLAR
13:34 23.06.2026
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birinci yaşayış kompleksində olublar - FOTOLAR
Fransada istilər can aldı: Avtomobildə qalan iki azyaşlı həyatını itirdi
13:31 23.06.2026
Fransada istilər can aldı: Avtomobildə qalan iki azyaşlı həyatını itirdi
Türkiyə üçün xəbərdarlıq edildi: Qızmar istilər yaxınlaşır
13:20 23.06.2026
Türkiyə üçün xəbərdarlıq edildi: Qızmar istilər yaxınlaşır
Göygöldə dövlət qulluqçularının peşə bayramı qeyd olundu - FOTOLAR
13:18 23.06.2026
Göygöldə dövlət qulluqçularının peşə bayramı qeyd olundu - FOTOLAR
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində - Fotolar
13:11 23.06.2026
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində - Fotolar
Filippində məktəbdə atışma zamanı yaralananların sayı 20 nəfərə çatıb
13:06 23.06.2026
Filippində məktəbdə atışma zamanı yaralananların sayı 20 nəfərə çatıb
Nazir rəisi vəzifəsindən azad etdi - FOTO
13:05 23.06.2026
Nazir rəisi vəzifəsindən azad etdi - FOTO
Sabah Bakıda və rayonlarda yağış yağacaq
12:54 23.06.2026
Sabah Bakıda və rayonlarda yağış yağacaq
Prezident ona yüksək vəzifə verdi - FOTO
12:45 23.06.2026
Prezident ona yüksək vəzifə verdi - FOTO