O bildirib ki, əsgərin ölümündə günahkarların hamısının təcili olaraq ədalət qarşısında cavab verməlidirlər:
"Əsgər Ceyhun Qubatovun ölümündə günahkarların hamısının təcili olaraq ədalət qarşısında cavab verməlidirlər. Respublika Hərbi Prokurorluğunda cinayət işi qaldırılıb və biz hamımız günahkarların sərt şəkildə cəzalandırılmasını gözləyirik. Hadisə baş verən hərbi hissənin rəhbərliyi nəiniki tutduqları vəzifədən kənarlarşırılmalıdırlar, qanunlar qarşısında cavab verməlidirlər.
Cəmi 3 ayın əsgəri olan gənc bir qardaşımızın bu cür ölümü hamımızı ciddi narahat edir. Eyni zamanda ilkin ekispertiza rəyi ilə meyidin foto və videolarında görünənlər arasındakı fərqlər də ciddi narahatlıq yaradır və istintaqdan bütün cəmiyyət qısa zamanda ortaya çıxan suallara cavab və bütün günahkarların ciddi şəkildə cəzalandırılmasını gözləyir. Bütün bunlar Ceyhunu geri gətirməsə də orduda bu kimi halların artmaması üçün vacib faktordur. Allah Ceyhuna rəhmət etsin, onun ölümündə günahkarlara isə lənət! Onlar hər kəsin gözü qarşısında layiq olduqları cəzanı almalıdırlar! Ceyhunun anasına, yaxınlarına isə demək istəyirəm ki, biz hamımız sizin acınızı bölüşürük və günahkarların layiqli cəzalarını alması üçün sizin yanınızdayıq. Allah əsgərimizə rəhmət etsin!"