Qənirə Paşayeva: 'Ermənistan bu iclasda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir daha ifşa olundu'

Qənirə Paşayeva:
Bütün Xəbərlər
08:48 25.01.2013
786

Ermənistan nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı assambleyada bir daha ifşa olunmalarına, sərt tənqid olunmalarına özləri gözəl imkan yaratdılar.AZXEBER.COM-un məlumatına görə, bu barədə millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Facebook sosial şəbəkəsində olan profilində yazıb.Azərbaycan üzrə məruzənin müzakirəsinə Ermənistanın AŞPA-dakı bütün nümayəndə heyətinin yazılması və çıxışlarında məruzəçiləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli və obyektiv mövqe tutmamaqda günahlandırmaq cəhdləri Ermənistanın bir daha sərt şəkildə ifşa və tənqid olunması ilə nəticələndi."Sənəddə Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxlaması, 1 milyona yaxın azərbaycanlının öz yurd-yuvalarına qayıda bilməməsi və ümumiyyətlə münaqişə ilə bağlı obyektiv məlimatlar öz əksinin tapır. Ermənistan nümayəndə heyətinin çıxışlarına nümayəndə heyətimizlə bərabər məruzəçi Agramunt Assamleyada çox sərt cavab verdi.O, bəli mən açıq şəkildə deyirəm Ermənistan-Azərbaycan torpaqlarının 20 faizini işğal edib, işğal altında saxlayır, 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünlər hələ də öz yurd yuvalarına dönə bilmirlər, münaqişənin həlli istiqamətində ciddi irəliləyiş yoxdur deməklə bərabər Ermənistan nümayəndə heyətinin bütün əsassız arzumentlərinə çox gözəl şəkildə cavab verdi. Ermənistan nümayəndə heyətinin Azərbaycan üzrə məruzədə Daglıq Qarabağ münaqişəsi ilə bağlı maddələrə təklif etdiyi əsassız düzəlişlər isə assambleya tərəfindən qəbul edilmədi. Bir sözlə Ermənistan nümayəndə heyəti sadəcə bu iclasda Daglıq Qarabağ münaqişəsi ilə bağlı bir daha ifşa olundu və Ermənistan sərt tənqid edildi".

OXŞAR XƏBƏRLƏR