Qənirə Paşayeva gənc qadınlara çağırış etdi

SOSİAL
12:40 19.11.2019
6369
Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva "Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” II Forumunda geniş məruzə ilə çıxış edib və qadınlara çağırış edib.
 
AZXEBER.COM xəbər verir ki, çoxlu sayda gənc qızların qatıldığı tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, hansı ölkələrdə qadınların dövlətin və cəmiyyətin idarə olunmasından başlayaraq həyatın bütün sahələrində kişilərlə bərabərliyinin təmin olunması istiqamətində ciddi işlər görülürsə, orada daha çox uğurlar var. O deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən biznesdə də rolunun genişləndirilməsinə dəstək, Azərbaycan dövlətinin prioritetləri sırasındadır və qadınların iş dünyasında, iqtisadiyyatda, biznesdə rolunun genişləndirilməsi istiqamətində ciddi addımlar atılır, önəmli layihələr həyata keçirilir.

Millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə, ictimai siyasi həyatda və biznesdə rolunun artırılması istiqamətində görülən işlər və görülən işlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük xidmətlərini xüsusi vurğulayıb. Toplumun və dünyanın inkişafı qadınların təhsilindən və inkişafından keçdiyini deyən millət vəkili bildirib ki, savadlı cəmiyyət savadlı anadan keçir.

Millət vəkili Qənirə Paşayeva uğur qazanmanın yolları ilə bağlı və bu yolda adımlamaq üçün hansı məsələlərə xüsusi diqqət yetirilməsi ilə bağlı fəal qadınlarla öz fikirlərini bölüşüb. Və ən əsası, gənc qadınlar özlərini qorxuzmadan, özlərinə inanaraq qarşıya qoyduqları hədəfə doğru qətiyyətlə addımlamalıdırlar”, - deyən millət vəkili Q.Paşayeva uğur qazanmaq istəyən qadınlarımızı ilk öncə özünə güvənməyə, arzularına inanmağa səsləyib və bunu uğura gedən yolun açarı adlandırıb. Millət vəkili Qənirə Paşayeva fəal qadınlar qarşısında uğur qazanmanın yolları ilə bağlı geniş məruzə ilə çıxış edib.

Ölkəmizdə bu gün qadınlara yaradılan imkanların daha da artdığını vurğulayan millət vəkili qadınlarımızı daha fəal olmağa səsləyib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib və daima yanınızdayıq deyib.


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:53 06.07.2020

Koronavirus legioner həyatı yaşayan milli üzvlərimizə çətinlik yaradıb

23:44 06.07.2020

Bakıda yayılan kəskin qoxunun səbəbi açıqlandı - RƏSMİ

23:33 06.07.2020

Xaçmazda məmurun 2 yaşlı övladı hovuzda boğuldu

23:11 06.07.2020

İlham Əliyev: "Aprel döyüşləri heç kimin yadından çıxmasın"

22:50 06.07.2020

Millimizin üzvü AFFA-nın dəstəyindən danışdı: "Karyeramda yeni bir səhifə açmağa hazırlaşırdım"

22:47 06.07.2020

Prezident: "Bu gün Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir"

22:27 06.07.2020

Dövlət başçısı: "Hətta çətin bir dövrdə 30-dan çox ölkəyə yardım göstərmişik"

22:19 06.07.2020

Prezident: "Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda görülmüş işlərə yüksək qiymət vermişdir"

22:05 06.07.2020

"Qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik"

21:45 06.07.2020

Azərbaycan Prezidenti: "Əlavə xəstəxanalara ehtiyac olacaq"

21:31 06.07.2020

Bakının bəzi ərazilərini üfunət iyi bürüyüb

21:27 06.07.2020

ETSN: Qızılağac milli parkında yanğın söndürülüb

21:22 06.07.2020

“Dünən məşhur oteldə baş verən biabırçı hadisə dözülməzdir” - Prezident “Fairmont”dan danışdı

20:36 06.07.2020

Gürcüstanda məhdudiyyətlərin tətbiqi ilə bağlı müddət uzadılır

20:04 06.07.2020

Restoran və kafelərdə sıxlıq norması təsdiqləndi - YENİ QAYDALAR

19:40 06.07.2020

İnfeksionist Afət Əkbərova: “Virus aqressiv şəkildə mutasiya edir”