02:04 çərşənbə Axşamı, 17 Sentyabr 2019
SOSİAL

Qənirə Paşayeva gənclərə çağırış etdi

17:49, 21.08.20193642
Qənirə Paşayeva gənclərə çağırış etdi
Millət vəkili Qənirə Paşayeva qəhrəman şəhidllərimizdən Təbriz Musazadəyə həsr olunmuş tədbirdə KİV-lərə, gənclərə, cəmiyyətə çağırış edib.
 
AZXEBER.COM xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Mudafiə Nazirliyi Mədəniyyət Mərkəzi və"Şəhid övladları və kimsəsiz usaqlara yardim" İB-nin təskilatçılığı ilə şəhid pilot, mayor Təbriz Musazadəyə həsr olunmus tədbirdə çıxış edib, onun qəhrəmanlıq yolundan danışıb və gənclərə çağırış edib.Tədbirdə şəhid anaları , qazilər, millət vəkilləri , şəhid T.Musazadənin ailə üzvləri, iş yoldaşları , ictimaiyyət nümayəndələri iştirak edirdi.
 
Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva bu cür tədbirin keçirilməsi üçün təşəkkür edərək vurğulamışdır ki, nə qədər ki, Azərbaycan xalqı var, qəhrəman şəhidlərimizin əziz xatirəsi heç vaxt unudulmayacaqdır və belə qəhrəman oğulları böyüdən sizin kimi ata-anaların qarşısında baş əyirik deyib. Q.Paşayeva vurğulamışdır ki, Təbriz Musazadənin ömür yolu bugünki gənclərə əsl örnəkdir.
 
Nə qədər ki, Azərbaycan xalqı var, belə oğulların əziz xatirəsi heç vaxt unudulmayacaqdır. Millət vəkili Q.Paşayeva televiziyalara çağırış edərək qəhrəman şəhidlərimiz haqqında hazırlanan filmlərin televiziyalarda tez-tez nümayişinə çağırıb. Torpaqlarımızın 20 faizi hələ də düşmən işğalı altındadır və gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün Təbriz Musazadə kimi qəhrəmanların həyat yolundan gənclərimiz örnək almalıdır, böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün ziyalılarımız, müəllimlərmiz, hər birimiz fəal olmalıyıq deyib, qəhrəman şəhidlərimiz haqqında çəkilən bu cür filmlərin orta məktəblərdə uşaqlarımıza, böyüyən gəncliyimizə nümayiş olunmasının vacibliyini qeyd edib.
 
Şəhidimizlə bərabər onun ailəsi qarşısında da baş əyirik deyən millət vəkili Qənirə Paşayeva dövlətimiz və xalqımız hər zaman yanınızdadır deyib. Ali Baş Komandanımız, cənab Prezident İ. Əliyevin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Qənirə Paşayeva böyüyən gənclərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün işlərin daha da artacağına inandığını deyib.
 
Millət vəkili Qənirə Paşayeva çıxışında bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. Qənirə Paşayeva "o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi deyən millət vəkili Qənirə Paşayeva hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib. Qənirə Paşayeva qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm deyərək gəncləri Təbriz Musazadə kimi qəhrəmanlardan Vətən sevgisi örnəyini almağa çağırıb və tədbir təşkilatçılarına öz təşəkkürünü bildirib.
 
Millət vəkili Qənirə Paşayeva bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyərək ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib.
 
Tədbir çərçivəsində millət vəkili Qənirə Paşayeva şəhid ailələri ilə görüşüb, hər zaman yanınızdayıq deyib.
XƏBƏR LENTİ