Qənirə Paşayeva Giresuna gedir

Qənirə Paşayeva Giresuna gedir
Bütün Xəbərlər
12:12 04.05.2013
565

8 may - Şuşanın Ermənistan tərəfindən işğalının 21-ci ildönümü ilə bağlı Giresunda təşkil ediləcək tədbirdə millət vəkili Qənirə Paşayeva geniş məruzə ilə çıxış edəcək. AZXEBER.COM-un məlumatına görə, millət vəkili Qənirə Paşayeva çıxışında Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar barədə danışacaq.

Tədbir çərçivəsində millət vəkili rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və millət vəkili Elxan Süleymanovun rəhbərlik etdiyi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) hazırladığı “Azərbaycan həqiqətləri” adlı filmlər toplusu və “Ruhum Qarabağlıdır” filmləri də təqdim olunacaq.
Qənirə Paşayeva eyni zamanda Giresun Universitetinin təşkilatçılığı ilə keçiriləcək, qadınlarla bağlı beynəlxalq konfransda iştirak edəcək.
OXŞAR XƏBƏRLƏR