Qənirə Paşayeva Kocaeli Universitetində Xocalıdan danışdı
Bütün Xəbərlər
12:37 01.03.2012
1215
Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımının 20-ci ildönümü ilə əlaqədar Türkiyənin Kocaeli Universitetində təşkil edilən "Son ermeni vahşeti: Hocalı" konfransında çıxış edib. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndikdən sonra konfrans Xocalı Soyqırımı ilə bağlı filmin nümayişi ilə başlayıb.Daha sonra konfransda iştirak edən Türkiyə Böyük Millət Məclisinin üzvü Sinan Oğan Xocalı Soyqırımı haqqında ətraflı məlumat verib.Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva öz çıxışında məqsədlərinin Ermənistanın Xocalıda etdiyi soyqırımı bütün dünyaya eşitdirmək və tanıtdırmaq olduğunu söyləyib. Xocalı Soyqırımının yalnız azərbaycanlılara qarşı deyil, insanlığa qarşı edilmiş bir cinayət olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bu faciələrin dünya ictimaiyyətinə anladılması üçün gənclərin üzərinə böyük vəzifələr düşdüyünü qeyd etmişdir. Xocalı Soyqırımı, Dağlıq Qarabağ həqiqətləri, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat verən millət vəkili Xocalı Soyqırımını törədənlərin ədalət qarşısında hesab verməli olduğunu vurğulayaraq əlavə etmişdi: “Xocalıda günahsız körpələri, uşaqları və qadınları qətlə yetirən ermənilər bununla qürur da duyurlar. Biz, Türk milləti olaraq ortaq problemlərimizi birləşərək birlikdə həll etməliyik. Xocalı Soyqırımı və Dağlıq Qarabağ problemi yalnız bizim deyil, bütün türklərin problemidir.”