Qənirə Paşayeva Kulinariya təşkilatları tərəfindən Fəxri Fərmanla təltif olunub

Qənirə Paşayeva Kulinariya təşkilatları tərəfindən Fəxri Fərmanla təltif olunub
Bütün Xəbərlər
02:25 21.10.2015
961
Oktyabrın 20-də Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə Bakıda Beynəlxalq Kulinariya Günü qeyd olunub.
AZXEBER.COM xəbər verir ki, AMKA-nın prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov bu günün dünyada 12-ci, Azərbaycanda isə 9-cu dəfədir ki, qeyd edildiyini bildirib.
Rəhbərlik etdiyi qurumun son illər gördüyü işlər haqqında məlumat verən T. Əmiraslanov bildirilib ki, tədbir çərçivəsində Bakıda ilk dəfə olaraq Beynəlxalq Çay Festivalı da keçirilir.
Ənənəsinə sadiq olaraq T.Əmiraslanov rəhbərlik etdiyi qurumun adından il ərzində milli kulinariyanın inkişafında xüsusi xidmətlərinə görə fərqlənən idarə və təşkilatların, media qurumlarının nümayəndələrini diplomla təltif edib.
Millət vəkili Qənirə Paşayevanın hər zaman Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) yaxın bir dostu kimi bu qurumlara dəstək göstərdiyini, öz çıxışlarında hər zaman bu istiqamətdə məsələlərə böyük diqqət və önəm verməsi barədə danışıb.
O bildirib ki, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birlikdə milli mətbəx irsimizin təbliğinə daim diqqətə və dəstəyə görə millət vəkili Qənirə Paşayevanı Beynəlxalq Kulinariya Günündə Fəxri Diplomla təltif etmək barədə qərar qəbul edib.
Fəxri Diplomu alan millət vəkili, hər iki təşkilatın üzvlərinə təşəkkürünü bildirib və bundan sonra da kulinarların dostu kimi milli mətbəximizin təbliği istiqamətində Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) gördüyü böyük işlərə əlindən gələn dəstəyi göstərməyə davam edəcək.
Hər iki təşkilatın milli mətbəximizin təbliği istiqamətində gözəl işlər gördüyünü deyən Q. Paşayeva “bu istiqamətdə işlərə dəstək göstərmək hər birimizin borcudur”, deyib.
Rəsmi mərasimdən sonra festivalda Yaponiya, Koreya Respublikası, Çin, İran, Hindistan, Türkiyə və digər ölkələrin çay süfrələri nümayiş olunub. Çay süfrələri hər ölkənin ənənələrinə uyğun şəkildə Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər tərəfindən təşkil edilib. Milli Məclisin deputatı Qənirə Paşayeva belə tədbirlərin ölkələrimiz arasında dialoqa, anlaşmaya, sülhə xidmət etdiyini vurğulayıb və müxtəlif ölkələrin təmsilçiləri ilə bu istiqamətdə söhbətlər də edib və onlara uğurlar arzulayıb.
OXŞAR XƏBƏRLƏR