“Fransada son günlər baş verən hadisələr bizi narahat edir. Əslində isə bu hadisələrin başlanması bir neçə aylar öncəyə təsadüf edir”. AZXEBER.COM-un xəbərinə görə, bunu millət vəkili Qənirə Paşayeva deyib.
Millət vəkili bildirib ki, Fransa Senatının tarixdə olmayan erməni soyqırımı iddiaları ilə bağlı qərarlar qəbul etməsi heç bir normaya sığmayan addım idi. Q.Paşayevanın sözlərinə görə, Azərbaycan, Türkiyə və dünyada olan türk milləti nümayəndələrinin təpkisi ilə Fransanın Konstitutusiya məhkəməsi bu qərarı ləğv etsə də sonradan müəyyən proseslər davam edib.
“Təbii ki, bu da bizi ciddi narahat edir. Artıq Fransa məktəblərində sözdə erməni soyqırımı iddialarını məktəb dərsliklərinə salmaq istəyirlər. Məktəblərdə bu yalan tarixi oxudularaq öyrədilən və böyüyən nəsil gələcəkdə hansı mədəniyyətlərarası dialoqda daha böyük rol oynaya bilər. Ona görə də bu məsələ bağlı Azərbaycan tərəfdən jurnalistlərin Fransa bir müraciətin olmasını istərdim. Buundan əlavə, bir sorğu hazırlansın və bütün insanlar mıəsələyə münaisbət bildirsin. Fransa bu hərəkəti ilə bir dialoqun inkişafını istəmir, əksinə mədəniyyət və sivilizasiyalararası dialoqda ziddiyyət istəyirlər. Bununla bağlı türkdilli ölkələrin nümayəndələri ilə birlikdə ilk öncə Fransa KİV-nə, sonra isə bütövlükdə Avropa KİV-lərinə müraciət etsinlər”, - deyə o əlavə edib.
Q.Paşayeva qeyd edib ki, bu kimi addımlar mədəniyyətlər və sivilizasiyalararası dialoqa böykü zərbə vura bilər. Onun fikrincə, birinci bunlar yalandır və yalnışdır: “Heç bir zaman tarixdə türk milləti ermənilərə qarşı soyqırmı törətməyib. İkincisi bu kimi yalanların məktəblərdə öyrədilməsi, hansısa sorğuların keçirilməsi dialoqa mənfi zərər vuracaq. Bəzi Avropa ölkələrinin də məktəblərində öyrədilir ki, guya türklər ermənilərə qarşı soyqırım törədib. Orada böyüyən gənclik necə böyüyəcək?. Ona görə də bu ölkələrə də belə müraciətlər göndərilməlidir. Gerçək tarix öyrədilməlidir. Hər kəs gerçək tarixi öz məktəblərində öyrətsin. Amma yalan tarixi, kiminsə, hansısa siyasi qrupların, ölkələrin maraqlarına xidmət edən bir tarix uyduraraq onu məktəblərdə öyrədərsə, artıq gələcəkdə mədəniyyətlər və sivilizasiyalararası dialoqdakı gərginlikdən yox çatışmalardan necə çıxmağın yollarından danışmalı olacağıq”.