Qənirə Paşayeva Pakistan Parlamentinin senatoru ilə görüşüb

Qənirə Paşayeva Pakistan Parlamentinin senatoru ilə görüşüb
Bütün Xəbərlər
14:48 05.09.2015
1028
Milli Məclis deputatı, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva Pakistan Parlamentinin senatoru Nuzhat Sadiq ilə görüşüb.
AZXEBER.COM xəbər verir ki, Qənirə Paşayeva görüş zamanı senatora Azərbaycanla bağlı, Azərbaycanda qadınların cəmiyyətdə rolunun genişləndirilməsi istiqamətində görülən işlərlərlə bağlı, qaçqın və məcburu kökün qadınlarla bağlı geniş danışıb.
Qənirə Paşayeva Pakistan Parlamentinin senatoru Nuzhat Sadiqə Dağlıq Qarabağ münaqişəsi barədə son vəziyyət, Ermənistanın bölgədə bu gün də davam etdirdiyi təxribatlar, girov götürdükləri azərbaycanlılara-Dilqəm Əhmədova və Şahbaz Quliyevə qarşı törətdikləri vəhşiliklər barədə və eyni zamanda Qarabağ həqiqətlərinin daha geniş yayılması, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində Azərbaycanın gördüyü işlərdən danışıb və bildirib ki, bu məsələlərdə bundan sonra da hər zaman qardaş Pakistanın və onun xarici ölkələrdə yaşayan böyük diasporunun dəstəyinə ehtiyac var.
Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımının tanınması ilə bağlı Pakistanın birmənalı mövqeyi olduğunu və bunun heç bir zaman dəyişməyəcəyini deyən Pakistan Parlamentinin senatoru Nuzhat Sadiq bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağını və millət vəkilinin Pakistanda Qarabağ küçəsi və parkı təklifinin önəmini vurğulayaraq onun reallaşması üçün ölkəsinə qayıdan kimi rəsmi məqamlarla müzakirə edib həll olunmasına çalışacağını deyib.
Azərbaycan-Pakistan münasibətlərinin daha da inkişafı üçün hər birimiz hər zaman əlimizdən gələn etməliyik deyən deputat Qənirə Paşayeva yaxın günlərdə Bakıdan İslamabada açılacaq təyyarə reysinin də əlaqələrimizin inkişafına, insanlarımız arasında gediş-gəlişin artacağına müsbət töhvə verəcəyini bildirib.
OXŞAR XƏBƏRLƏR