Qənirə Paşayeva Prezidentə minnətdarlıq etdi

Qənirə Paşayeva Prezidentə minnətdarlıq etdi
Bütün Xəbərlər
02:35 22.08.2014
1381

Millət vəkili Qənirə Paşayeva Facebook sosial şəbəkəsindəki hesabında Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlıq edib.

Deputat yazıb:

“Əziz tovuzlular, Əlimərdanlı, Qaraxanlı, Xatınlı, Qədirli, Cilovladlı, Hunan (Girzan), Düz Çırdaxan kəndindən olan seçicilərim, hamınızı təbrik edirəm. Cənab prezident Tovuz şəhərindən Əlimərdanlı kəndinə, oradan başlayaraq Qaraxanlı, Qədirli, Cilovdarlıdan keçərək Hunana, düz Kür sahilinə qədər yolun təmirinə, eyni zamanda Aşağı Mülkülü-Əlimərdanlı-Düz Cırdaxan istiqamətlərində yolların təmirinə vəsait ayırdı.

Bir az əvvəl Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq müəllimlə danışdıq, hamımız təbii ki, sevinirik. Yaxın günlərdə işlərə başlanılacaq və qısa zamanda yollar gözəl şəkildə sizin istifadənizə veriləcək.

Bu yollarda çox əziyyət çəkmisiniz. Nə əziyyət çəkdiyinizi yaxşı bilirəm. Çünki o yollarla sizinlə görüşə gedəndə hər zaman sizin çəkdiyiniz əziyyəti düşünürdüm və hər zaman sizinlə görüşlərimizdə yolların düzəldilməsi ilə bağlı təklifləriniz, xahişlərinizlə bağlı istər parlamentdə çıxışlarımda hökumətə, istərsə müvafiq qurumlara müraciətlər, xahiş edirdim.

Cənab prezidentin Tovuz ictimaiyyətinin bu istiqamətdə xahişlərinə böyük diqqət ayıraraq bu yolların təmiri üçün vəsait ayırması minlərlə insanın sevinci, kəndlər üçün ən önəmli problemin həlli deməkdir. Mən də həm öz adımdan, həm də sizin adınızdan hər zaman Tovuza, onun problemlərinin həllinə böyük qayğı ilə yanaşan cənab prezidentə xüsusi təşəkkür edirəm. İnşallah yaxın aylarda yeni və gözəl yollardan istifadə edə biləcəyik”.

OXŞAR XƏBƏRLƏR