Qənirə Paşayeva Qarabağ haqda şeir yazdı - ŞEİR

Qənirə Paşayeva Qarabağ haqda şeir yazdı - ŞEİR
KÖŞƏ
16:03 09.03.2012
24790
Ruhum Qarabağlıdır silsiləsindənIYuxum ərşə çəkilib Görmədiyim gündən səni Gözümün yaşı kəsmir Sənə gəlməyəndən bəri Canım parçam-parça, ruhum pərişan Diriykən ölüyəm Sənsiz, Qarabağ!Mənim yaralı atam, Mənim bəlalı anam, Qarabağ!Türk torpağı, türk yurdu, Gözlərimi yaş yudu. Sənsiz niyə yaşayaq?! Sənsiz necə yaşayam, Qarabağ?!Düşmən tapdağında qoymarıq səni, Kafir caynağında qoymarıq səni, Həsrətin qoynunda qoymarıq səni, Müqəddəs andımız, ruhum, Qarabağ!Sənsiz qala bilmərəm! Sənsiz ola bilmərəm! Sənsiz ölə də bilmərəm, Ölsəm, qibləm Qarabağ!IIYetər, Dünya! Bir gör artıq Günahlını, Günahsızı; Qantökən, Axar qanı; Əsir olan cocuqları. Girov qalan anaları; Viran olan yuvaları, xanaları...Yetər, Dünya! Bir duy artıq Öz yurduna həsrət Qalan milyonların Ərşə qalxan naləsini.Yetər, Dünya! Bir gör artıq O günahsız qadınların, cocuqların Axıdılan pak qanını. Köçkünlüyə məhkum olmuş milyonların, Boynubükük cocuqların Gözlərini, o gözlərin kədərini, Dillənməyən Ürəklərin çağırışını, ağrısını.Yetər, Dünya Bir gör artıq Əsir, girov qadınlara, körpələrə O edilən zülmləri. Duy, onların fəryadını, harayını!Yetər, Dünya! Anla artıq “Bircə dəfə öz evimi görə bilsəm Öz evimdə ölə bilsəm; əzizimin məzarına üz-gözümü sürtə bilsəm” deyənlərin həsrətini, ağrısını, acısını...Yetər, Dünya! Bir gün artıq O günahsız qadınların, cocuqların, köçkün olan, qaçqın olan yüz minlərin, Öz evinə gedəmməyən insanların Boynu bükük arzuları çarpar sizi!Yetər, Dünya! Dünya gərək dada yetsin! Qaçqınların hay-harayı Hər doğmaya, yada yetsin! Varsa əgər bu dünyada ən adil insana yetsin!Yetər, Dünya! Bir gör artıq Zülm eləyən zülmkarı Bu dövrdə, bu zamanda Ölüm saçan ölümkarı... Bir gör artıq, Bir duy artıq, Anla artıq, Yetər artıq, Artıq yetər!Eşit, Dünya! Yüz minlərlə nərəsini- “Haqq!” bağıran haqq səsiniIIIQarabağ düşmən əllərdə! Duysun düşmən, bilsin hamı: Qalmayacaq bu ah yerdə! Qalmyacaq qan yerdə! Qarabağım yad əllərdə! Qarabağım düşmən əldə!Dönəcəyik evimizə, Dönəcəyik yurdumuza, Sökəcəyik biz bu yolda, Qarşımızda hər nə varsa, Dönəcəyik Qarabağa!Qarabağım! Anam mənim, canım mənim, Balam mənim, yarım mənim. Duyurmusan bu səsləri: Milyonlarla övladının Yer üzünün hər yanından Sən Qarabağ nərəsini, haqq səsini?! Harda olsaq fərqi yoxdur Qibləmizsən, xan Qarabağ! Harda olsaq fərqi yoxdur, Səninləyik, can Qarabağ! Sən canımız, sən qanımız, Sən ən qutsal amalımız, Sən ən böyük sevdamızsan, can Qarabağ!IVQarabağım! Güneyliyik, Quzeyliyik, Təbrizdənik, Bakındanıq, Borçalıdan, Dərbənddənik, Anadolu, Kərkükdənik. Türküstandan, Altaydanıq Fərqi yoxdur biz hardanıq, Fərqi yoxdur biz hardayıq, Uzaqdayıq, yaxındayıq. Biz hamımız üzümüzü sənə tutduq! Biz hamımız sözümüzü sənə tutduq! Sözümüzdə səni tutduq!Qarabağim! Heç qalarmı günah yerdə?! Qalmayacaq bu ah yerdə! Qalmayacaq bu qan yerdə! Qarabağım yad əllərdə! Qarabağım düşmən əldə!Öləcəyik sənin üçün, Qarabağım! Qanımızdır sənə fəda, Qarabağım! Öləcəyik sənin üçün, Qarabağım! Canımızdır sənə fəda, Qarabağım!Qəm yeməynən, Keçəcəkdir acı günlər, Qəm yeməynən, Bitəcək xarı bülbüllər, Ötəcək sarı bülbüllər.***Əyan olsun qoy hamıya, Bəyan olsun qoy hamıya, Qoy and olsun Xocalıya! Sənsiz bizə haram olsun bu gen dünya! Dönəcəyik sənə bir gün, QARABAĞIM! QARAM, AĞIMVRuhuma vətənsən, gözümə torpaq! Gözəl Qarabağ!Xar tutmuş gülümsən, xarı bülbülüm, Səndədir, sənlədir sanım, Qarabağ! canım, Qarabağ!Mənim qibləm Qarabağ! Qibləm qara bağlıdır... Mənim ruhum, Qarabağ! Ruhum Qarabağlıdır!Qaram, ağım! Qara ağım! Ay Qarabağ! Sən elə bir sevdasan, Sən nə Günəş, nə Ay, Qarabağ! Sənin kimi Eşq doğurmaz İnsan olan Eşqsiz olmaz. Eşqim mənim! Taleyimdə ən silinməz nəqşim mənimDüşünən türk səni deyir, səni anır. Ürək sizə yaxın uzaq Ürəkliyə uzaq yaxın! Sevgimizi göndəririk axın-axın sənin üçün, Qarabağım! Qaram, ağım! Qara ağım!// modern.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub