Qənirə Paşayeva Qazaxda rayon qadınlarının konfransında iştirak etdi - FOTOLAR

Qənirə Paşayeva Qazaxda rayon qadınlarının konfransında iştirak etdi - FOTOLAR
Bütün Xəbərlər
14:55 10.04.2013
1603

Qazaxda rayon qadınlarının konfransı keçirilib. AZXEBER.COM-un məlumatına görə, yığıncaq Azərbaycan qadınlarının IV qurultayına hazırlıq çərçivəsində baş tutub. Tədbirdə millət vəkili Qənirə Paşayeva da iştirak edib.

Konfransda çıxış edənlər ölkəmizdə qadınlara göstərilən diqqət və qayğıdan, Qazax qadınlarının fəaliyyətindən, onların rayonun ictimai-siyasi və mədəni həyatındakı rolundan söz açıblar. Bildirilib ki, rayon əhalisinin 51%-ni qadınlar təşkil edir. Qazaxda səhiyyədə işləyənlərin 79%-i , təhsildə 85%-i, mədəniyyət sahəsində işləyənlərin isə 66%-ni qadınlar təşkil edir. Dövlət idarəetməsində çalışanların 40%-i qadınların payına düşür. Rayonda həmçinin 2 qadın bələdiyyə sədri var. Qazax rayon icra hakimiyyətində isə müavin və şöbə müdiri də daxil olmaqla ümumilikdə 10 qadın işləyir. Qazax rayonunun qadınlarından 2 əməkdar müəllim, 2 tərəqqi medallı, 3-ü isə ilin ən yaxşı müəllimi adına layiq görülüb.

Millət vəkili Qənirə Paşayeva da öz çıxışında dövlətin qadın siyasətinin istiqamətlərindən, rayon qadınlarının qarşısında duran vəzifələrdən söhbət açıb və rayon qadınlarının növbəti qurultayı ərəfəsində müzakirəyə çıxarılacaq əsas prioritet məsələlərə toxunub. O bildirib ki, cəmiyyət üçün qlobal problem olan erkən nigah, boşanmalar və narkomaniya kimi ciddi problemlərin həlli istiqamətində qadınların da bu işlərin sürətləndirilməsində əhəmiyyətli yeri var. Millət vəkili Qənirə Paşayeva çıxışı zamanı bildirib ki, qızların təhsili, qadınların dövlətin və cəmiyyətin bütün sahələrində rolunun daha da artması dövlətimizin yürütdüyü siyasətin əsas tərkib hissələrindən biridir. Erkən nikahlara qarşı mübarizə istiqamətində bütün cəmiyyətin, o cümlədən bölgələrdə aktiv qadınların üzərinə böyük məsuliyyət düşdüyünü deyən millət vəkili Qənirə Paşayeva bu ustiqamətdə maarifləndirmə işinin daha da artırılması istiqamətində hər bir ziyalının , hər bir ictimai fəal qadının bölgələrdə, kəndlərdə rolunun və fəaliyyətinin daha da artırmasının vacibliyindən danışıb. Erkən nikahların doğurduğu mənfi nəticələrindən danışan millət vəkili Qənirə Paşayeva həmçinin qadınlara qarşı zorakılıq, məişət zorakılığı, ailədaxili zorakılıq kimi mənfi hallara qaraşı mübarizə istiqamətində ziyalıların, fəal xanımların bütün bölgələrdə , kəndlərdə insanların maarifləndimə işinə daha çox diqqət və vaxt ayırmağa çağırıb. Boşanmaların sayının artmasının bütün qadınları və bütün cəmiyyəti narahat etməli məsələ oduğunu deyən millət vəkili Qənirə Paşayeva bu məsələyə də bütün bölgələrdə diqqətin daha da artırılmasına çağırıb. Belə hallar zamanı qadınların, xüsusilə də uşaqlaırn böyük əziyyət çəkdiyini deyən millət vəkili Qənirə Paşayeva "boşanmaların sayının artması hər birimizi ciddi narahat etməlidir və bu halların azalması üçün dövlət qurumları, cəmiyyət fəal xanımlar olaraq səylərimizi daha da artırmalıdır", - dedi. Qızların təhsili məsələsinə çıxışında geniş yer verən millət vəkili Qənirə Paşayeva savadlı cəmiyyət savadlı anadan keçir deyib və ali təhsil arxasınca gedə bilməyən qızlarımızın müxtəlif peşələrə yiyələnə bilməsi üçün qızlarla bağlı texniki peşə sahələrinin bölgələrdə daha da inkişafına və bu sahəyə diqqətin daha da artırılmasının vacibliyindən danışıb. Bölgələrdə, xüsusilə kəndlərdə gənc qadınlar və analar arasında tibbi maarifləndirmə məsələlərinin sürətləndirilməsinin vacibliyindən danışan millət vəkili Qənirə Paşayeva nikaha daxil olan gənclər arasında ən geci toy gününə qədər nikah qeydiyyatının aparılmasının vacibliyindən və bu sahədə ortada olan problemlərdən danışıb.Uşaqlar və gənclər arasında siqaretə və narkomaniyaya meylliyin artmaması istiqamətində bütün ziyalıları və bütün fəal xanımları aktiv mübarizəyə səsləyən millət vəkili Qənirə Paşayeva kəndlərdə dövlət qurumlarını, bələdiyyələri qadın problemlərinə daha həssas və diqqətlə yanaşmağa çağırıb. Qadınların qarşıdan gələn 4-cü qurultayının qadınlarımızın cəmiyyətin bütün sahələrində rol və təmsilçiliklərinin artmasına, bir sıra məsələlərin daha sürətlə həllinə müsbət təkan verəcəyini deyən millət vəkili Qənirə Paşayeva ölkə prezidenti cənab İlham Əliyevin yürütdüyü dövlət qadın siyasətinin müsbət nəticələrindən, ölkəmizin birinici xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdə görüdüyü önəmli işlərdən danışaraq, qızlarımızın və qadınlarımızın cəmiyyətin bütün sahələrində fəallığının artırılması istiqamətdin rol modellər olaraq fəal xanımların üzərinə böyük məsuliyyət düşdüyünü deyib və onları gənc qızlarımızın cəmiyyətdə daha da fəallaşmasına dəstəklərini daha da artırmağa çağırıb.

Çıxış edən rayon qadınları müxtəlif mövzularda onları düşündürən məsələlərə toxunub, qarşılıqlı fikir mübadiləsi aparılıb. Konfransın sonunda Azərbaycan Qadınlarının 4-cü Qurultayına nümayəndələr seçilib.

OXŞAR XƏBƏRLƏR