Qənirə Paşayeva qədim Göynükdə Qarabağ həqiqətlərindən danışıb

Qənirə Paşayeva qədim Göynükdə Qarabağ həqiqətlərindən danışıb
Bütün Xəbərlər
14:20 26.08.2015
1145

Milli Məclisin (MM) deputatı Qənirə Paşayeva Türkiyənin Göynük bələdiyyə başqanı Kamal Kazanla görüşüb.

AZXEBER.COM xəbər verir ki, gorüş zamanı Q.Paşayeva Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin,bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Akşemseddin başda olmaqla bir çox tarixi şəxsiyyətlərimizə qucaq açmış qədim Göynükü Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirib.Göynükdə uzun illər əvvəl Azərbaycandan köçüb gəlmiş insanların da yaşadığını deyən Göynük bələdiyyə başqanı K. Kazan isə Şəkidə eyni adlı bölgə ilə-Baş Göynüklə qardaşlaşmaq istədiklərini bildirib, Q. Paşayevanın da bu məsələdə dəstək verəcəyinə inandığını deyib.Q. Paşayeva bələdiyyə başqanı ilə görüşdə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Göynükün mərkəzi parklarından birinə Qarabağ adının veriləcəyinə, Xocalı soyqırımı abidəsinin qoyulacağına, mərkəzi küçələrdən birinə Azərbaycan adının veriləcəyinə inandığını deyib.O, Göynük bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.Q. Paşayeva həmçinin, bir neçə gün əvvəl Şəmdinlidə terrorçular tərəfindən şəhid edilən Göynük sakini Uzman Çavuş Ziya Sarpkaya da daxil olmaqla, "bütün şəhidlərimizi rəhmətlə anırıq", deyib.Millət vəkili bələdiyyə başqanına Azərbaycanla, Azərbaycan-Türkiyə münasibətlərinin bu günkü surətli inkişafı ilə də bağlı geniş məlumatlar verib və fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR