Qənirə Paşayeva seçicilərinə dəstək üçün təşəkkür etdi - FOTOLAR

Qənirə Paşayeva seçicilərinə dəstək üçün təşəkkür etdi - FOTOLAR
Seçki2024
15:58 07.02.2020
1590
105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva Tovuz rayonunun bir sıra kəndlərində seçicilər, şəhid ailələri, Qarabağ müharibəsi veteranları və fiziki imkanları məhdud insanlarla görüşüb, dəstəkləri üçün təşəkkürünü bildirib.

Qənirə Paşayeva ötən 14 illik deputat fəaliyyəti barədə danışaraq "deputatlıq fəaliyyətimdə var gücümlə sizin yanınızda olmağa, müraciətlərinizin həllini tapmasına çalışmışam”,- deyib və seçicilərin ona təkrar etimad göstərəcəkləri təqdirdə bundan sonra da onları layiq olduqları səviyyədə təmsil etməyə çalışacağını bildirib.

Görüşdə deputatlığa namizəd yeni seçki platformasını da açıqlayıb, sualları cavablandırıb və sakinləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Həmçinin şəhid ailələri, fiziki imkanları məhdud insanların ailələrini də evlərində ziyarət edib, qayğıları ilə maraqlanıb. Şəhid ailələrinin dəstəyinin onun üçün mənəvi baxımdan çox önəmli olduğunu vurğulayan Qənirə Paşayeva "şəhid ailələri baş tacımızdır, hər zaman yanınızdayıq”, - deyib.

Qənirə Paşayeva ölkəmizin keçdiyi yoldan, əldə etdiyi uğurlardan, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən həyata keçirilmiş böyük işlərdən və dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət, qayğı barədə danışıb, seçicilərlə fikir mübadiləsi aparıb.

Kənd sakinləri Qənirə Paşayevaya etimadlarının tam olduğunu bildiriblər. Çünki o, 14 illik deputatlıq fəaliyyəti zamanı mütəmadi olaraq kənd sakinləri ilə görüşlər keçirib, ailələri, xəstələri ziyarət edib və hər zaman onların müraciətlərinin, problemlərinin həlli istiqamətində əlindən gələn dəstəyi əsirgəməyib. Eyni zamanda Milli Məclisdə, beynəlxalq platformalarda onların səsi olaraq layiqli şəkildə təmsil edib. Qənirə Paşayeva "hər zaman bizim yanımızda olduğunuz kimi biz də sizin yanınızdayıq”,- deyərək dəstəyini əsirgəməyən seçicilərin hər birinə təşəkkür edib.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
III Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdama səfər ediblər
14:35 20.07.2025
III Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdama səfər ediblər
"Qarabağ"ın oyununa bütün biletlər satıldı
14:16 20.07.2025
"Qarabağ"ın oyununa bütün biletlər satıldı
Hikmət Hacıyev: "Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidəki danışıqları konstruktiv keçib"
13:51 20.07.2025
Hikmət Hacıyev: "Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidəki danışıqları konstruktiv keçib"
Çimərliklərdə bu nəqliyyat vasitələrini sürmək QADAĞANDIR
13:35 20.07.2025
Çimərliklərdə bu nəqliyyat vasitələrini sürmək QADAĞANDIR
Novxanıda dənizdə batan məktəblilərin adları məlum olub
13:17 20.07.2025
Novxanıda dənizdə batan məktəblilərin adları məlum olub
Sabahın hava proqnozu açıqlandı
13:02 20.07.2025
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nümayəndə heyətinin MDB İqtisadi Şurasının iclasında iştirak etməməsinə aydınlıq gətirilib
13:00 20.07.2025
Azərbaycan nümayəndə heyətinin MDB İqtisadi Şurasının iclasında iştirak etməməsinə aydınlıq gətirilib
Polis istirahət mərkəzlərində profilaktik tədbirlər həyata keçirir
12:42 20.07.2025
Polis istirahət mərkəzlərində profilaktik tədbirlər həyata keçirir
Kürdəmirdə zəhərlənənlərin sayı 24-ə çatdı
12:39 20.07.2025
Kürdəmirdə zəhərlənənlərin sayı 24-ə çatdı
“Məhkəmədə ifadə verməsini səbrsizliklə gözləyirəm”
12:27 20.07.2025
“Məhkəmədə ifadə verməsini səbrsizliklə gözləyirəm”
Hikmət Hacıyev: Media savadlılığı artırılmalıdır
12:16 20.07.2025
Hikmət Hacıyev: Media savadlılığı artırılmalıdır
Hikmət Hacıyev: Şuşa Qlobal Media Forumunda müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır
12:15 20.07.2025
Hikmət Hacıyev: Şuşa Qlobal Media Forumunda müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır
Nazan Öncel xəstəxanaya yerləşdirildi
11:49 20.07.2025
Nazan Öncel xəstəxanaya yerləşdirildi
Kamçatkada ardıcıl üç zəlzələ - sunami xəbərdarlığı edilib
11:34 20.07.2025
Kamçatkada ardıcıl üç zəlzələ - sunami xəbərdarlığı edilib
Hikmət Hacıyev: Azərbaycan cəmiyyəti media savadlılığı məsələsində KİV ilə aktiv işləyir
11:30 20.07.2025
Hikmət Hacıyev: Azərbaycan cəmiyyəti media savadlılığı məsələsində KİV ilə aktiv işləyir
Hacıyev: Süni İntellektin inkar edilməsi - külək dəyirmanları ilə mübarizəni xatırladır
11:20 20.07.2025
Hacıyev: Süni İntellektin inkar edilməsi - külək dəyirmanları ilə mübarizəni xatırladır