Qənirə Paşayeva səhhəti ilə bağlı yayılan şaiyələrə münasibət bildirdi

Qənirə Paşayeva səhhəti ilə bağlı yayılan şaiyələrə münasibət bildirdi
Bütün Xəbərlər
21:42 02.01.2012
2170

Millət vəkili Qənirə Paşayevanın səhhətində problem yaranması ilə bağlı sosial şəbəkələrdə və mediada yazılanlara bu gün aydınlıq gəlib.

AZXEBER.COM-un məlumatına görə, millət vəkili bu gün şəxsi facebook səhifəsində öz müraciətini yerləşdirib: “Sağlığımla bağlı 4 gün əvvəl yaşadığım olayı bəzi şəxslərin şişirdərək, sosial şəbəkələrində yerləşdirilmələrindən üzüntü duydum. Bundan sonra çoxlu sayda dostlarımız yaxınlarıma telefon açaraq narahatlıqlarını və “keçmiş olsun” diləklərini çatdırıblar. Hər kəsə diqqəti üçün təşəkkür edirəm. Bildirmək istəyirəm ki, əslində sağlığımda o qədər ciddi problemlər yoxdur. Həkimlər sağ olsunlar. Özümü artıq yaxşı hiss edirəm. Həkimlər bir neçə günə müalicədən sonra işimin başına dönə biləcəyimi də deyirlər. Gec də olsa hamınızı Yeni İl münasibəti ilə təbrik edirəm! Allah, 2012-ci ildə hər birinizi bütün arzularınıza çatdırsın!” Qeyd edək ki, bir neçə gün öncə millət vəkili iştirak etdiyi tədbirlərin birində özünü pis hiss edib. Bəzi şəxslər isə sosial şəbəkərlədə onun sağlıq durumunun kritik olması ilə bağlı məlumatlar yerləşdiriblər.

OXŞAR XƏBƏRLƏR