Qənirə Paşayeva senatorla görüşüb -FOTO

Qənirə Paşayeva senatorla görüşüb -FOTO
Bütün Xəbərlər
12:57 11.10.2013
650

Görüşdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə məlumat verib

Millət vəkili Qənirə Paşayeva senator, Türkiyə-İtaliya Parlamentlərarası Dostluq Qrupunun sədri Paolo Amato ilə görüşüb və Qarabağ həqiqətləri ətrafında müzakirələr aparılıb. AZXEBER.COM-un məlumatına görə, Azərbaycan ilə İtaliya arasında həm hökmətlərarası, həm də qanunvericilik orqanları arasında əməkdaşlığın daha da inkişaf etdiyini deyən millət vəkili Qənirə Paşayeva bu əməkdaşlığın hər iki dövlətin təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində də getdikcə daha da inkişaf etdiyini deyib. Azərbaycanın İtaliya ilə bütün istiqamətlərdə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu deyən millət vəkili Qənirə Paşayeva iki dövlət arasında güclü siyasi, iqtisadi-ticarət əlaqələrinin olduğunu bildirib. Millət vəkili Qənirə Paşayeva eyni zamanda Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma evlərindən qovulan 1 milyon azərbaycanlının məcburi köçkün həyatı yaşamağa məcbur olması, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə məlumat verib.  Görüşdə Azərbaycan ilə İtaliya arasında yüksək səviyyəli əlaqələrin olduğunu deyən senator, Türkiyə-İtaliya Parlamentlərarası Dostluq Qrupunun sədri Paolo Amato bu əlaqələrin daha da inkişaf etdirilməsində İtaliya dövlətinin maraqlı olduğunu deyib. Azərbaycanda olmadığını deyən Paolo Amato Azərbaycana səfər etmək arzusunda olduğunu da ifadə edib. Millət vəkili Qənirə Paşayeva İtalya parlamentinin senatoru Paolo Amatonu Azərbaycana səfər etməyə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən italyan senator Paolo Amato yaxın zamanlarda Azərbaycana səfər etməkdən böyük məmuniyyət duyacağını deyib. 

OXŞAR XƏBƏRLƏR