Sinop Türk Ocaklarının dəvəti ilə Sinopda səfərdə olan millət vəkili Q.Paşayevanın veridyi “Türk dünyasının ortaq acıları və birliyin önəmi” adlı konfransda Sinopun bir sıra rəsmi şəxsləri, ziyalıları, KİV nümayəndələri və gəcnlər iştirak edib.
AZXEBER.COM-un məlumatına görə, Qənirə Paşayeva çıxışında türk kökənli bütün insanlarımızın türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb və bunu vacibliyindən geniş danışııb.
Millət vəkili aydınlara, KİV-lərə səslənərək topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib.
Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq.
Konfransdan sonra Türk Ocakları bınasında millət vəkili Q.Paşayevanın araşdırmaçı-yazar İ.Avşarla birlikdə tərtib etdikləri "Karabağ hikayeleri" kitabının təqdimat və imzalanması da olub.





