Millət vəkili Qənirə Paşayeva “Türkiyə ilə Azərbaycan arasındakı mədəni və sosial əlaqələrin gücləndirilməsinə və tarixi qardaşlığa verdiyi töhfəsinə” görə təltif edilib. AZXEBER.COM-un məlumatına görə, millət vəkilinə təltif “Azərbaycan-Türkiyə münasibətlərinin bu günü və gələcəyi: QHT, media və beyin mərkəzlərinin bu münasibətlərin inkişafında yeri və rolu” mövzusunda keçirilən konfrans çərçivəsində Türkiyə Böyük Millət Məclisinin üzvü İsmail Safi tərəfindən təqdim edilib. “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan TBMM-nin üzvü, Qara Dəniz İqtisadiq Əməkdaşlıq Şurası Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri, Avrasya QHT Əməkdaşlıq Dərnəyinin rəhbəri İsmail Safi və Avrasya İqtisadi Əməkdaşlıq Dərnəyinin sədri Hikmət Ərən Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanı və Bakı Türk Şəhidliyini ziyarət ediblər.