Qənirə Paşayeva Türk Ədəbiyyatı Vəqfinin rəhbəri ilə görüşdü

MƏDƏNİYYƏT
12:59 21.12.2021
461
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qardaş Türkiyənin nüfuzlu qeyri-hökümət təşkilatlarından olan Türk Ədəbiyyatı Vəqfinin (TƏV) bugünlərdə Bakıda səfərdə olan başqanı Serhat Kabaklı və TƏV yetkinlisi, yazıçı-tərcüməçi İmdat Avşarla görüşüb.

AZXEBER.COM xəbər verir ki, TƏV başqanı Bakı səfəri çərçivəsində bir qrup Azərbaycan ədibinə Vəqfin 2021-ci il ödüllərinin  təqdim edildiyini, habelə "Qanun” Nəşrlər Evinin təşkil etdiyi "Milli Kitab Sərgisi”ndə iştirakları ilə bağlı Komitə sədrinə məlumat verib.

Qənirə Paşayeva iki qardaş ölkə arasında günbəgün genişlənən mədəni əlaqələrdən şad olduğunu bildirib, TƏV-in artıq yalnız Türkiyədə deyil, Azərbaycanda, digər türk ölkə və topluluqlarında da yaxşı tanındığını, bundan sonra daha geniş fəaliyyət üçün əsasların mövcudluğunu bildirib.

Azərbaycanla Türkiyəni "iki bədəndə bir can” kimi xarakterizə edən Q.Paşayeva, "Ruhumuz, yolumuz birdir” deyib: "Biz bu ruh və yol birliyini, ötən ilki Azərbaycan Vətən Müharibəsində mənəvi, siyasi aspekti ilə bir daha gördük. Bu il ölkələrimiz arasıdna "Şuşa Bəyannaməsi” imzalandı və bu bizə, qurum və quruluşlarımıza daha geniş, daha sıx işbirliyi üçün yeni imkanlar, üfüqlər açıb. Ümidvaram TƏV də məhz bu üfüqlərin formalaşmasında öz təcrübəsi, ənənələri ilə çıxış edəcək”.

Görüşdə RHİM İB sədri Arzu Bağırova, DGTYB başqanı İntiqam Yaşar, yazıçı Mahir Qabiloğlu, ədəbiyyatşünas Nərgiz Cabbarlı, Mədəniyyət Komitəsinin  eksperti Əkbər Qoşalı iştirak edib.

OXŞAR XƏBƏRLƏR