Qənirə Paşayeva Türkiyədə Türk Dünyasına Xidmət Ödülünə layiq görülüb

Qənirə Paşayeva Türkiyədə Türk Dünyasına Xidmət Ödülünə layiq görülüb
SOSİAL
17:57 25.10.2017
1116

Manisada bu bölgənin valisi, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Necdət Ünvar, millət vəkilləri Selcuk Özdağ, Sefer Ayhan Üstün, sabiq Ailə və Qadın naziri Səma Ramazanoğlu, Manisanın bir sıra bələdiyyə başqanları ilə birlikdə mükafatı millət vəkili Q. Paşayevaya mükafatı təqdim edən EkoAvrasiya təşkilatının başqanı Hikmet Eren Q.Paşayevanı Türk dünyası göstərdiyi xidmətlərdən, Türk mədəniyyəti, ədəbiyyatı, sənətinə xidmətlərindən və harada yaşamasından asılı olmayaraq Türk insanına dəstəyindən, Türk dövlətlərinin və toplumlarının birliyi istiqamətində çalışmalarından və bu istiqamətdə gənclərlə geniş iş aparmasından, Türk dövlət və toplumlarının beynəlxalq arenalarda haqlarının müfadiəsi istiqamətində addıımlarından dolayı bu mwkafata layiq görüldüyünü bildirib.

AZXEBER.COM xəbər verir ki, Manisada Türkiyənin bir sıra rəsmi şəxsləri, yazarları, QHT və KİV nümayəndələri, Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş aydınların iştirakı ilə Azərbaycanın müstəqilliyini təkrar qazanmasının ildönümü ilə bağlı keçriilən tədbir çərçivəsində belə bir mükafatın ona təqdim olunmasını Azərbaycana olan diqqət və sevginin göstəricisi olduğunu söyləyən Q. Paşayeva bütün təşkilatçılara təşəkkürünü bildirib. Mərasimdə çıxış edən millət vəkili mükafatın onun üçün çox böyük dəyər daşıdığını söyləyib və bildirib ki, o, bu mükafatı özünün Türk dünyası sevdası, duyğu, düşüncə və əməlləri ilə Türk gəncliyinə böyük örnək olan, yol göstərən Türk dünyasının böyük dövlət adamlarını, liderlərini, aydınlarını rəhmət və sayğı ilə anaraq, onların ruhları qarşısında baş əyərək alır. Qənirə Paşayeva çıxışıında "Azərbaycan və Türkiyə bir millət iki dövlətdir. Türkiyə nə qədər güclənərsə bu Azərbaycanın və bütün türk dünyasının gücü, Azərbaycan nə qədər güclənərsə bu Türkiyənin və bütün türk dünyasının gücüdür” deyib və türk dünyasının gücünü onun birliyində gördüyünü vurğulayıb. Türklərin ona məxsus olana sahiblənməyi bu birliyi daha da qüvvətləndirdiyini deyən millət vəkili Qənirə Paşayeva bu birlik sayəsində əl-ələ verərək Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını da işğaldan azad edəcəyimizi bildirib. "Mən inanıram ki, biz birlikdə o gözəl torpaqlarımızı Ermənistan işğalından azad edəcəyik. Və belə gözəl gecələri işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Xankəndidə, Şuşada, Laçında və digər o gözəl torpaqlarda keçirəcəyik”. Millət vəkili Türk dünyasının yaşadığı acılardan da geniş

danışıb və bildirib ki harada doğulub harada yaşamamızdan asılı olmayaraq qardaş-bacılarımızla bağlı məsələlərdə hər zaman duyarlı olmalıyıq. Azərbaaycanın müstəqiliyyə qədər keçdiyi yoldan və bu günə qədər əldə etdiyi uğurlardan da danışan millət vəkili Q.Paşayeva bildirib ki bölgədə Azərbaycan və Türkiyəyə qarşı, türk toplumlarına qarşı böyük güclərin ədalətsizliyiə, oyunlarına qarşı ən yaxşı mübarizə birlikdir və biliyimizi daha da gücləndirməliyik.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
Ermənistanlı nazir İstanbulda Türkiyənin daha bir rəsmisi ilə görüşüb
21:41 28.06.2025
Ermənistanlı nazir İstanbulda Türkiyənin daha bir rəsmisi ilə görüşüb
Le Pen: Makron Fransa parlamentini tezliklə buraxa bilər
21:21 28.06.2025
Le Pen: Makron Fransa parlamentini tezliklə buraxa bilər
Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb
20:57 28.06.2025
Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı
20:36 28.06.2025
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı