Qənirə Paşayeva türkiyəli jurnalistlərlə görüşdü

Qənirə Paşayeva türkiyəli jurnalistlərlə görüşdü
MEDIA
10:20 21.09.2013
1387
Seyid Yəhya Bakuvi həzrətləri, Qafqaz İslam Ordusu və Qarabağ mövzusunda ilə bağlı – üç fərqli mövzuda sənədli-tarixi televiziya filmlərinin çəkilişləri üçün respublikamızda səfərdə olan türkiyəli sənət adamları və Avrasya Ekonomik İlişkiler Dərnəyinin rəhbəri Hikmət Ərən, EkoAvrasya dərgisinin redaktoru Yeşim Özcan “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB (ABAİ İB) rəhbərliyi ilə görüşmüşlər.AZXEBER.COMM xəbər verir ki, qonaqları səmimi salamlayan ABAİ İB sədri, millət vəkili dr. Qənirə Paşayeva, belə önəmli mövzularla bağlı Azərbaycana səfərin təşkilini çox yüksək qiymətləndirərək, bunu “bir millət, iki dövlət” ruhuna yaraşan hal adlandırıb.Azərbaycanın ərazi bütövlüyünün pozulmasını, Qarabağ ətrafındakı mövcud durumu bütün bölgəni təhdid edən, qəbuledilməz situasiya kimi xarakterizə edən Qənirə  Paşayeva bu mövzunun kitablara, filmlərə daşınmasını çox müsbət və zəruri akt adlandırıb.O, eləcə də, bugünlərdə Bakının erməni daşnak və rus bolşeviklərinin işğalından azad edilməsinin 95-ci ildönümü münasibəti ilə, bu tarixi qalibiyyətin müəllifi olmuş Qafqaz İslam Ordusu haqqında, onun ölümsüz komandanı Nuru Paşa haqqında sənədli film çəkilməsini bir vəfa borcu və ortaq tarixə, ortaq dəyərlərə sayğı nümunəsi olaraq gördüyünü bildirib.  Sözünə davam edən millət vəkili, YUNESKO-nun elan etdiyi Seyid Yəhya Bakuvi ili çərçivəsində ona həsr olunmuş yaddaqalan tədbirlərin düzənləndiyini vurğulayaraq,  bu böyük Azərbaycanlı övliyanın xatirəsinə film çəkilməsini “ortaq türk keçmişindən ortaq türk gələcəyinə” gedən yolda bir elm-sənət mərhələsi olacağına inandığını söyləyib.Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva EkoAVRASYA” dərgisinin təsisçisi, Avrasya  Ekonomik İlişkiler Dərnəyinin rəhbəri Hikmət Ərənə və EkoAvrasya dərgisinin redaktoru Yeşim Özcana Azərbaycan həqiqətlərinin yayılması və Azərbaycan tarixi, mədəniyyəti və gerçəklərinin tanıdılmasındakı xidmətlərinə görə mükafat təqdim edib.Mükafata görə minnətdarlığını bildirən və qonaqların adından çıxış edən “EkoAVRASYA” dərgisinin təsisçisi, Avrasya  Ekonomik İlişkiler Dərnəyinin rəhbəri, tanınmış ictimai xadim Hikmət Ərən və EkoAvrasya dərgisinin redaktoru Yeşim Özcan millət vəkili Qənirə Paşayevaya qonaqpərvərliyə, verdiyi qiymətli məsləhət və tövsiyyələrə görə təşəkkür edərək, ona  xüsusi plaket təqdim ediblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
22:38 25.06.2026
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
Ağstafada qaz olmayacaq
22:36 25.06.2026
Ağstafada qaz olmayacaq
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
22:23 25.06.2026
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ