Qənirə Paşayeva Türkiyənin məşhur xəbər agentliklərinə seçkilərlə bağlı müsahibə verib

SİYASƏT
20:00 09.10.2013
1311

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Türkiyənin tanınmış İhlas (İHA) və Doğan (DHA) xəbər agentliklərinə bu gün Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı müsahibə verib.

AZXEBER.COM xəbər verir ki, millət vəkili həmçinin, sözügedən xəbər agentliklərinin seçki prosesi ilə bağlı onları maraqlandıran bir sıra suallarını cavablandırıb.Müsahibədə seçicilərin aktivliyi, səsvermə prosesi yüksək səviyyədə təşkil olunması vurğulanıb.Millət vəkili deyib ki, özünün də qatıldığı səsvermə prosesində çox yüksək seçici aktivliyi ilə qarşılaşıb.“İnsanlar səs verməyə yüksək əhval-ruhiyyə ilə gəlmişdilər. Seçki məntəqəsində də bütün işlər yüksək səviyyədə təşkil olunmuşdu. Seçicilərin rahat və sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılmışdı. Bir sözlə, seçkilərin yüksək səviyyədə keçirildiyini və səsvermə prosesinin də eyni ilə yüksək səviyyədə təşkil edildiyini söyləmək olar” - deyə, millət vəkili sözlərinə əlavə edib.

OXŞAR XƏBƏRLƏR