Qənirə Paşayeva Türkiyənin telekanallarında Xocalı Soyqırımından danışdı

Qənirə Paşayeva Türkiyənin telekanallarında Xocalı Soyqırımından danışdı
Bütün Xəbərlər
12:25 27.02.2012
1222
Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva CNN Türkün canlı yayımında, SHOW TV, NTV, Kanal 7, Kanal A, FOX TV, TRT, TRT AVAZ kanallarında Xocalı Soyqırımı, bu soyqırımın tanınması istiqamətində görülən işlər və bu istiqamətdə bir sıra məsələlərlə bağlı fikirlərini bölüşüb. SİA-nın verdiyi məlumata görə, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib.
Millət vəkili bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. Millət vəkili Xocalı Soyqırımı, Dağlıq Qarabağ probleminin bütün Türk dünyasının problemi olduğunu qeyd edib.
Taksim meydanında keçirilən “Hamımız xocalılıyıq, hamımız qarabağlıyıq" adlı mitinq-yürüşə toxunan millət vəkili Qənirə Paşayeva bu mitinqin bir daha iki qardaş dövlətin birlik və bərabərliyini, Qarabağ probleminin, Xocalı soyqırımın bizim ortaq problemimiz, dərdimiz olduğunu hər kəsə bir daha nümayiş etdirdiyini bildirmişdi.
OXŞAR XƏBƏRLƏR