Millət vəkili Qənirə Paşayeva "Tvitter" sosial şəbəkəsində özünə səhifə açıb.
AZXEBER.COM-un məlumatına görə, Qənirə xanım bu haqda rəsmi "facebook" səhifəsində məlumat verib. Hazırda millət vəkilini "Tvitter"də 50-dən çox insan izləyir. O özü isə cəmi 11 nəfəri "follow" edib. Bu şəxslərin içində Azərbaycan, Türkiyə, Rusiya, ABŞ prezidentləri də var.
Xatırladaq ki, Qənirə Paşayeva "Facebook" sosial şəbəkəsindən istifadə edən ən aktiv millət vəkillərindəndir. Onun dünyanın ən məşhur sosial şəbəkəsində 4000-ə yaxın dostu var.