Qənirə Paşayeva övladını itirən jurnalistin müdafiəsinə qalxdı

Qənirə Paşayeva övladını itirən jurnalistin müdafiəsinə qalxdı
Bütün Xəbərlər
17:50 05.09.2013
1804

Millət vəkili Qənirə Paşayeva "Space" televiziyasının aparıcısı Zamirə Dadaşovanın müdafiəsinə qalxıb.

Deputat bildidib:

"Space" televiziyasının aparıcısı Zamirə Dadaşovanın başına gələnlər və onun şikayəti ilə bağlı yayılan məlumatları bir az əvvəl oxudum. Çox üzüldüm. İlk oncə Zamirə xanıma keçmiş olsun deyir və belə bir bənzər hadisəni bir daha heç bir zaman yaşamamasını diləyirəm. Hesab edirəm ki, onun şikayəti çox ciddi araşdırılmalıdır. Əgər günahkarlar varsa onlar ciddi cəzalandırılmalıdır. Müdriklər "cəzasız qalan bir cinayət mütləq digərini doğurar"deyiblər. Ona görə də Zamirə xanımın şikayətinin ciddi araşdırılması vacibdir. Parlament olaraq biz isə "Pasientin hüquqlarının müdafiəsi haqqında" Qanunu qəbul etməliyik. Mən hər zaman çox ciddi və sərt, gücllü işlək mexanizmli belə bir qanunun qəbul olunmasının tərəfdarı olmuşam və bu məsələni qaldırmışam. İnşallah yaxın zamanlarda belə bir qanun qəbul olunar. Ümumiyyətlə isə bu istiqamətdə hər bir vətəndaşımızın şikayıtləri ciddi araşdırılmalıdır. Unutmamalıyıq ki, bir gün Zamirə xanımın yerində və vəziyyətində bizim ailə üzvlərimizdən biri, özümüz də ola bilərik... Zamirə xanıma bir daha keçmiş olsun deyirəm”.Qeyd edək ki, Z.Dadaşova 2011-ci ilin fevralında Yasamal rayonu 2 saylı qadın məsləhətxanasında hamiləliyinin 14-cü həftəliyində qeydiyyata götürülüb. Həkim Sona Aslanova analizlər əsasında ona hec bir problemin olmadığını bildirib. Lakin ardınca Z.Dadaşova dəhşətli ağrılarla Respublika Perinatal Mərkəzə müraciət edib. Orada götürülən analizlərdən sonra anaya “HELP” sindromu, preaklampsiya diaqnozu qoyulub. Perinatal Mərkəzdə övladını itirən ana doğuşdan sonra ölümcül vəziyyətdə 8 gün reanimasiyada yatıb. Sonra Gömrük Hospitalına köçürülüb. Bu günə kimi də həmin klinikada vaxtaşırı müayinə olunur.Başına gələnlərlə bağlı Z.Dadaşova Yasamal rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə həkimə qarşı iddianı təmin etməyib.
OXŞAR XƏBƏRLƏR