Qənirə Paşayeva “Xan Şuşinski Fondu”nun rəhbəri ilə görüşdü

MƏDƏNİYYƏT
12:48 12.03.2021
542
Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva "Xan Şuşinski Fondu”nun rəhbəri Bəyimxanım Verdiyeva ilə görüşüb.
 
AZXEBER.COM xəbər verir ki, görüşdə, hələ sağlığında klassikləşmiş görkəmli sənətkarın 120 illik yubileyi ilə bağlı müzakirələr aparılıb. 

Sənətkarın 120 illik yubileyinin "Nizami İli"nə təsadüf etməsi, eləcə də, yubileyin Şuşanın Mədəniyyət Paytaxtı elan edilməsi, "Xarı bülbül" festivalı, "Vaqif Poeziya Günləri" fonunda keçirilməsinin 2021-ci ilin mədəniyyət ili xarakteristikasına özünəməxsus töhfə olacağı vurğulanıb.
Komitə sədri bu ilin may ayında mərhum sənətkarın anadan olmasının 120-ci ildönümü münasibəti ilə respublikamızın və qardaş ölkələrin uyğunprofilli mədəniyyət qurumlarının, o cümlədən ortaq türk quruluşlarının iştirakı ilə "onlayn" konfrans keçirilməsini təklif edib. ustad sənətkarın qızı və sənətkarın adını daşıyan fondun rəhbəri Bəyimxanım Verdiyeva təklifi məmnuniyyətlə qəbul edib, bu təklifə görə öz təşəkkürünü bildirib.

OXŞAR XƏBƏRLƏR