Bu gün Azərbaycan Milli Məclisinin deputatı, ziyalı insan, jurnalist Qənirə Paşayevanın evində toydye.
Qənirə xanım bugün ata-ana qayğısından məhrum olmuş bir qızı öz evindən gəlin köçürdəcək.
Bu barədə əməkdar artisti Aybəniz Haşımova mətbuata məlumat verib:
"Sabah həyatımda heç kəsdə görmədiyim, bir hadisənin şahidi olacam İnşəAllah. Mərdliyinə güvəndiyim bacım, sadiq dostum Qənirə xanımın evində ata-ana qayğısından məhrum olmuş gənclərin səadətə qovuşduğu an yaşanacaq. Əziz bacım Qənirə xanıma demək istəyirəm ki, etdiyin işin, savabın misli yoxdur.
Deməkdən yorulmayacam, səndə olan kişilik, mərdlik çox kişidə yoxdur. Allah qorusun səni, gözəl bacım. Bir də sənə bir arzum var, özün bilirsən. Allah məni o arzuma çatdırsın…”