Qənirə Paşayevanın filmi qırğız dilinə tərcümə edildi

Qənirə Paşayevanın filmi qırğız dilinə tərcümə edildi
Bütün Xəbərlər
17:03 17.04.2013
900
Qənirə Paşayevanın Şuşanın işğalına həsr olunmuş "Ruhum Qarabağlıdır" adlı bədii kompozisiya janrında hazırlanmış filmi qırğız dilinə tərcümə edilib. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, film “Kırğızfilm” kinostudiyasında dublyaj olunacaq. Azərbaycan həqiqətlərini qırğız xalqına çatdıracağı proqnolaşdırılan film Qırğızıstanın bir sıra kanallarında nümayiş olunacaq."Ruhum Qarabağlıdır" filmi Qırğızıstandakı Azərbaycan icmaları - Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu (TDSDF), Qırğızıstan Azərbaycanlıları konqresi İctimai Birliyi, İssık Kul azərbaycanlılarının “Xəzər” İctimai birliyi, Qırğızıstandakı Azərbaycanlıların əlaqələndirmə mərkəzi İctimai birliyi və "Содружество" Kara Balta Azərbaycanlıları diasporunun sifarişi ilə tərcümə edilir.
OXŞAR XƏBƏRLƏR