Qərb və Şimal bölgəsinin qazı kəsildi

Qərb və Şimal bölgəsinin qazı kəsildi
Bütün Xəbərlər
13:40 29.07.2013
662

Saat 18:00-da əhaliyə təbii qazın verilməsi bərpa ediləcək

İyulun 29-da saat 10:00-dan "Tovuz" və "Xaçmaz" Qazpaylayıcı stansiyaları, "Pirallahı-Qala" qaz kəmərində, saat 11:00-dan 17:00-dək isə "Xudat" və "Yalama" Avtomatik Qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq. Bu barədə AZXEBER.COM-a "Azəriqaz" İstehsalat Birliyinin saytına istinadən məlumat verir. Məlumata görə fasilə təmir işlıri ilə əlaqədardır və saat 18:00-da əhaliyə təbii qazın verilməsi bərpa ediləcək. Təmir işləri aparılan müddətdə Xaçmaz rayonuna, Tovuz şəhərinə, Xəzər rayonunun Şüvəlan qəsəbəsinin bir hissəsinə, Qala qəsəbəsinin Zeytunluq adlanan yaşayış sahəsinə, Dübəndi və Xaşaxuna bağ massivlərinə, həmçinin Gürgan yaşayış massivinə təbii qazın verilməsində fasilələr yaranacaq.

OXŞAR XƏBƏRLƏR