Qərbi Azərbaycan İcmasından Paşinyanın qərəzli müsahibəsi barədə BƏYANAT

Qərbi Azərbaycan İcmasından Paşinyanın qərəzli müsahibəsi barədə BƏYANAT
SİYASƏT
11:02 14.09.2023
239
Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyanın "POLITICO Europe” nəşrinə verdiyi qərəzli müsahibəsi ilə bağlı bəyanat yayıb.
 
AZXEBER.COM həmin bəyanatı təqdim edir:
 
Ermənistanın baş naziri Nikol Paşinyanın "POLITICO Europe” nəşrinə və son günlər verdiyi digər açıqlamalar bir daha onun gündə bir neçə dəfə bir-birini inkar edən fikirlər səsləndirdiyini, ardıcıl siyasət yeritmədiyini, Azərbaycana qarşı ərazi iddiasından əl çəkmədiyini, bunu indi başqa ad altında gizlətməyə çalışdığını, bölgədə vəziyyəti qəsdən kəskinləşdirməkdə maraqlı olmasını nümayiş etdirir.

N.Paşinyanın fikirləri onu göstərir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü hətta sözdə belə tanımasını şərtləndirir. Ermənistan yenə də hansısa "beynəlxalq mexanizm”in yaradılması xülyasındadır. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə bağlı siyasəti, onlarla dialoq Azərbaycanın sırf daxili işidir və bu məsələlərin Ermənistana heç bir aidiyyatı yoxdur. Ermənistan Azərbaycanın daxili işlərinə kobud müdaxilədən əl çəkməlidir. Bu, qeyri-ciddi və təhlükəli siyasətdir.

Baş nazirin "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı, çünki müttəfiqlərimiz susdu” fikri Ermənistanın əsl niyyətini, riyakarlığını göstərir. Belə çıxır ki, Ermənistan kənardan dəstək alsaydı, onda Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqdı. Bunu o dövlət deyir ki, özünə gələndə hər fürsətdə suverenliyini, ərazi bütövlüyünü, qırmızı xəttlərini qabardır, "timsah göz yaşları” axıdır, Azərbaycanın suverenliyinə qarşı beynəlxalq müstəvidə çirkin böhtan kampaniyası aparır.

Görünən odur ki, N.Paşinyan hələ də 30 il ərzində Ermənistanda təşəkkül tapmış irqçi, azərbaycanofob ideologiyanın təsiri altındadır. Həmin ideologiyanın əsas sütünlarından biri "Qarabağ məsələsi bitib, çünki erməni xalqı Qarabağ məsələsini döyüş meydanında həll edib” düşüncəsi idi. Erməni xalqının Qarabağ məsələsini necə "həll etdiyini” Azərbaycan xalqı 2020-ci ildə Vətən müharibəsi zamanı döyüş meydanında göstərdi. 
Qərbi Azərbaycan İcmasının dialoq təklifini qəbul etməyən, azərbaycanlıların qayıdış hüququnu inkar edən N.Paşinyan yəqin ki "Qərbi azərbaycanlılarla bağlı məsələni biz həll etmişik” düşüncəsindədir. Bu, yanlış yanaşmadır. Qərbi azərbaycanlılar dinc yolla öz dədə-baba yurdlarına qayıtmaq əzmindədirlər və heç kim bunu əngəlləyə bilməz.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəncədə 44 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirildi - Oğlu SAXLANILDI
09:22 12.03.2026
Gəncədə 44 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirildi - Oğlu SAXLANILDI
Tramp İranı elektrik şəbəkəsini məhv etməklə hədələdi
09:04 12.03.2026
Tramp İranı elektrik şəbəkəsini məhv etməklə hədələdi
Antonio Koştanın Azərbaycana səfəri başa çatdı - Fotolar
08:56 12.03.2026
Antonio Koştanın Azərbaycana səfəri başa çatdı - Fotolar
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:51 12.03.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Vətəndaş xəbəri olmadan adına 6000 manatlıq məişət texnikası götürüldüyünü iddia edib - VİDEO
07:32 12.03.2026
Vətəndaş xəbəri olmadan adına 6000 manatlıq məişət texnikası götürüldüyünü iddia edib - VİDEO
SEPAH: İran tezliklə sualtı raketlər tətbiq edə bilər
04:47 12.03.2026
SEPAH: İran tezliklə sualtı raketlər tətbiq edə bilər
FTB Kaliforniyada İran PUA-ları ilə bağlı xəbərdarlıq yayıb
03:22 12.03.2026
FTB Kaliforniyada İran PUA-ları ilə bağlı xəbərdarlıq yayıb
Bu döngələr sürücülər üçün təhlükə yaradır - VİDEO
01:37 12.03.2026
Bu döngələr sürücülər üçün təhlükə yaradır - VİDEO
BMT İran əleyhinə qətnamə qəbul etdi - Bu ölkələr bitərəf qaldı
01:08 12.03.2026
BMT İran əleyhinə qətnamə qəbul etdi - Bu ölkələr bitərəf qaldı
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
00:49 12.03.2026
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
00:37 12.03.2026
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
00:03 12.03.2026
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
23:56 11.03.2026
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
23:48 11.03.2026
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
23:36 11.03.2026
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO
23:27 11.03.2026
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO