"Qərbi Azərbaycana qayıdış milli ideyamızın ayrılmaz hissəsidir"

"Qərbi Azərbaycana qayıdış milli ideyamızın ayrılmaz hissəsidir"
Siyasət
15:13 13.06.2025
853

Tarixə nəzər salsaq görərik ki, 1747-1827 ci il tarixlərində İrəvan xanlığı Azərbaycanın mərkəzi şəhərlərindən biri idi. 1 oktyabr 1827-ci il tarixində isə Rusiya-İran müharibəsinin (1826-1828-ci illər) gedişində İrəvan şəhərinin Rusiya imperiyası tərəfindən işğalı, İrəvan xanlığının ləğvi, əyalətin yaradılması 1917-ci ilə qədər İrəvanın Rusiya imperiyasının tərkibində qalması ilə nəticələndi. Azərbaycanın əzəli torpağı olan İrəvan xanlığı 1827-ci ildə Rusiya tərəfindən işğal edildikdən sonra çarizm mərhələ-mərhələ xanlığın aborigen əhalisi olan azərbaycanlıların diskriminasiyası və xaricdən ermənilərin köçürülməsi hesabına bölgənin etnik tərkibini süni şəkildə dəyişdirməklə bu bölgənin erməniləşdirilməsini həyata keçirdi. İrəvan bölgəsində ermənilər Rusiyanın birbaşa köməyi ilə özlərinin ərazi bazalarını yaratdılar. 1827-ci idən 1917-ci ilədək 90 il müddətində Rusiya imperiyası da özünün antiazərbaycan və antitürkiyə siyasətinin həyata keçirilməsində ermənilərdən bir alət kimi istifadə etmişdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin məcburiyyət üzündən İrəvanı Ermənistana siyasi mərkəz kimi güzəştə getməsi isə gələcək faciələrin əsasını qoymuş oldu. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Sovet hakimiyyətinin köməyi ilə Ermənistan SSR-in ərazisinə daxil etməyə nail olublar.


Mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlının şüurunda Qərbi Azərbaycan torpaqlarının xatirəsi qorunub saxlanılır. Ermənilərin tarixi ərazilərimizə hərbi-siyasi təcavüzü nəticəsində verdiyimiz itkilərin acısı xalqımızın qəlbində möhürlənib qalıb. Bu acı, xüsusilə bu torpağın havasını, suyunu udanları daha çox incidir. Bir sözlə, Qərbi Azərbaycanda doğulanların, böyüyənlərin qəlbinə bu müqəddəs torpağın başqa möcüzəsi hakimdir.


Vətən bizi kimliyimizə qaytaran məkan, isti yuva, ocaqdır. Volterin təbirincə desək, Vətən ruhumuzun əsir olduğu yerdir, Qərbi Azərbaycan xalqının ruhu isə daim öz Vətəninin əsiridir. Bu ruh daim ona doğma, əziz olan yerə can atır. Biz Qərbi Azərbaycana addım-addım yaxınlaşırıq, tarixi torpaqlarımıza qovuşmağa əsas verən özülün binasına hər gün bir daş, bir kərpic qoymaqla, "Yol xəritəsi”nə uyğun olaraq müəyyənləşdirdiyimiz məqsədə doğru gedirik. 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisi olan Qərbi Azərbaycan İcması (QAİ) Prezident İlham Əliyevin tapşırığı və tövsiyələri əsasında bu istiqamətdə çox səmərəli fəaliyyət göstərir. İcma yarandığı gündən indiyədək bir çox işlər görüb. Beynəlxalq aləmdə Qərbi Azərbaycan həqiqətlərinin tanıdılmasına nail olan icmanın fəaliyyətinin əsas məqsədi soydaşlarımızın doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmasının təmin edilməsi prosesinə dəstək verilməsidir.


Yüz minlərlə soydaşımızın Qərbi Azərbaycana qayıdışı, eyni zamanda, milli qürur və ləyaqətimizin müdafiəsi deməkdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev xalqımızın Qərbi Azərbaycana qayıtmaq niyyətində qətiyyətli olduğunu, bunun üçün dövlətimizin insanlara hər cür dəstək göstərəcəyini vurğuladı. Ölkə başçısı, eyni zamanda bildirdi ki, Azərbaycan bu prosesi sülh yolu ilə həyata keçirəcək. Bu məqsədə çatmaq üçün beynəlxalq hüququn imkanlarından da maksimum faydalanacağı qeyd edildi. Prezidentimizin qətiyyəti, xalqımızın və dövlətimizin əzmi onu göstərir ki, Azərbaycan gec-tez bu istəyinə də nail olacaq, insanlarımızın Qərbi Azərbaycana qayıdışı reallaşacaq. Bu qayıdış haqq davamızın yeni səhifəsidir və bu səhifə xalqımızın, onun müdrik rəhbərinin əzmi və qətiyyəti ilə yazılacaqdır.


Naftalan şəhər sakini Elsivar Qəmbərov

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'