Qətər sahillərində yük gəmisinə dronla zərbə endirilib

Qətər sahillərində yük gəmisinə dronla zərbə endirilib
DÜNYA
16:21 10.05.2026
366
Qətərin ərazi sularında kommersiya yük gəmisi pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb.

Bu barədə Qətər Müdafiə Nazirliyi məlumat yayıb.

Əbu-Dabidən hərəkət edən yük gəmisi Mesaid limanının şimal-şərqində, Qətərin ərazi sularında dron hücumuna məruz qalıb. Nəticədə gəminin göyərtəsində məhdud yanğın baş verib.

Müdafiə Nazirliyi qeyd edib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Gəmi heyəti vəziyyəti nəzarət altına almağa nail olub və bundan sonra gəmi Mesaid limanı istiqamətində hərəkətini davam etdirib.

Hazırda zəruri tədbirlərin görüldüyü və aidiyyəti qurumlarla koordinasiyanın həyata keçirildiyi bildirilib.
OXŞAR XƏBƏRLƏR