Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın

Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
DÜNYA
17:39 27.10.2026
218
Qətər İranı Körfəz ölkələrinə qarşı təhdidlərə son qoymağa və Hörmüz boğazını yenidən açmağa çağırıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin Media və Kommunikasiya İdarəsinin direktoru İbrahim Sultan əl-Haşimi Dohada keçirdiyi mətbuat konfransında ABŞ-İran gərginliyi, regional vasitəçilik təşəbbüsləri və Körfəzin təhlükəsizliyi barədə danışıb.

O bildirib ki, İran regional təhlükəsizlik sisteminin yaradılması ilə bağlı müsbət açıqlamalar versə də, bu istiqamətdə xoş niyyət nümayiş etdirməlidir. Əl-Haşiminin sözlərinə görə, vasitəçilik səylərinin uğurlu olması üçün Tehran Körfəz ölkələrinə qarşı təhdidlərini dayandırmalıdır.

Qətər rəsmisi regionda dövlətlərin suverenliyinə hörmət edən yeni təhlükəsizlik sisteminə ehtiyac olduğunu vurğulayıb. O qeyd edib ki, Qətər və Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələr bu istiqamətdə prosesə başlamağa hazırdır.
 
Gülay
OXŞAR XƏBƏRLƏR