Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Əl Tani bildirib ki, Qəzza zolağında münaqişənin tənzimlənməsi üzrə danışıqların tərəfləri "kritik məqam"dan keçir.
AZXEBER.COM "Report"una istinadən xəbər verirki, bunu Qətərin Baş naziri Dohada keçirilən beynəlxalq forumda bildirib.
"Biz kritik məqam yaşayırıq. Qoşunların tam çıxarılması (İsrail - red.), Qəzzada sabitlik bərpa edilmədikcə və insanlar (sektordan) sərbəst giriş-çıxış edə bilmədikcə atəşkəsə nail olmaq mümkün deyil", - Əl Tani bildirib.
Qətərin Baş naziri, həmçinin vurğulayıb ki, buna baxmayaraq tərəflər işi sona çatdırmağa hazır olduqlarını nümayiş etdiriblər.










































