Qətlə yetirilən ukraynalı jurnalistin cəsədində zorakılıq əlamətləri aşkarlanıb

Qətlə yetirilən ukraynalı jurnalistin cəsədində zorakılıq əlamətləri aşkarlanıb
DÜNYA
16:22 29.04.2025
203
Rusiya əsirliyində ölən ukraynalı jurnalist Viktoriya Roşçinanın meyitində məhkəmə-tibbi ekspertizası işgəncə və amansız rəftar əlamətləri aşkar edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun Silahlı Münaqişə zamanı Baş vermiş Cinayətlərə Qarşı Mübarizə İdarəsinin rəisi Yuri Belousov məlumat verib.
 
Onun sözlərinə görə, fevral ayında ruslar üzərində jurnalistin adı yazılmış cəsədi geri qaytarıblar. Bundan sonra onun cəsədinin həqiqətən də ona aid  olduğunu təsdiqləmək üçün molekulyar ekspertiza təyin edilib.

"Mütəxəssislər Viktoriyanın hər iki valideynindən DNT nümunələri götürüblər. Bu ekspertizanın nəticələrinə əsasən ekspert 99%-dən çox ehtimalla cəsədin  Viktoriyaya məxsus olduğu qənaətinə gəlib", - Belousov bildirib.

Ekspertiza nəticələrinə görə, mərhumun bədənində çoxsaylı işgəncə və amansız rəftar əlamətləri, xüsusən də bədənin müxtəlif yerlərində sıyrıqlar və qanaxmalar, qabırğanın sınığı və elektrik cərəyanından istifadənin mümkün izləri aşkar edilib.

Lakin cəsədin vəziyyətinə görə ilkin olaraq ölümün səbəbini müəyyən etmək mümkün olmayıb. Buna görə də lazımi nümunələr seçilib və ölümün səbəbini və müəyyən edilmiş xəsarətlərin xarakterini müəyyən etmək üçün fransalı mütəxəssislərin iştirakı ilə əlavə ekspertiza keçirilməsi məsələsinə qərar verilir”, - deyə rəsmi bildirib.

Aysel

OXŞAR XƏBƏRLƏR