Avstriyanın paytaxtı Vyanada qeyri-adi aksiya keçirilib. 100 cütlük yağış altında vals oynayaraq, tullantıların aiddiyyatı üzrə atılmasını təbliğ edib. Belə ki, gözəl geyinmiş cütlüklər rəqs edərək, zibil qutularına yaxınlaşıb, əllərində olan şüşə və plastik butulkaların hər birini onlar üçün nəzərdə tutulmüş qutulara atıblar.