AMEA Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlunun bildirdiyinə görə, bu ayın sonunda Milli Təhlükəsizlik Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi “Akademiya şəhərciyi”ndə, Hüseyn Cavid prospekti 33 ünvanında yerləşən binanı böşaldacaq. Bununla əlaqədar AMEA Rəyasət Heyəti qərar qəbul edib. Qərara əsasən, həmin binaya AMEA Radiasiya Problemləri İnstitutu və N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası köçürüləcək.
Radiasiya Problemləri İnstitutunun binasına isə AMEA İnformasiya Texnologiyaları İnstitutunun binasında yerləşən Riyaziyyat və Mexanika İnstitutu köçürüləcək.
Qeyd edək ki, “Akademiya şəhərciyində” yerləşən digər qeyri-akademik qurumlar Dövlət Reyestri Xidməti və Moskva Dövlət Universitetinin (MDU) Bakı filialıdır. Ölkə prezidentinin 2011-ci ildə verdiyi sərəncama əsasən, bütün qeyri-akademik qurumlar “Akademiya şəhərciyi”ndən çıxmalıdır.
apa












































