Qeyri-qanuni erməni silahlı dəstələri səngər yolları qazmağa cəhd göstəriblər

Qeyri-qanuni erməni silahlı dəstələri səngər yolları qazmağa cəhd göstəriblər
SİYASƏT
11:13 15.09.2023
279
 
 
Sentyabrın 15-i saat 09:30-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd edilib.
 
 
OXŞAR XƏBƏRLƏR