“Qəza törədən sürücüyə ağır cəza veriləcək” - “Baku Bus”

“Qəza törədən sürücüyə ağır cəza veriləcək” -  “Baku Bus”
Bütün Xəbərlər
12:29 17.11.2015
1041
“Baku Bus” MMC şirkətə məxsus 6 saylı marşrut üzrə hərəkət edən avtobusun sürücüsünün qəza törətməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova AzNews.az-a açıqlamasında bildirib ki, qəza sürücünün hərəkət istiqamətini dəyişməsi nəticəsində baş verib: “Hadisə zamanı nə sürücü, nə də sərnişlər heç bir ciddi xəsarət almayıb. Hazırda araşdırma gedir. Sürücünün izahatı alınıb. Məsələ aydınlaşdıqdan sonra biz də qəzanın hansı səbəbdən baş verdiyini dəqiq açıqlayacağıq. Amma nəticədə sürücü səhlənkarlığı nəzərə alınacaq. Çünki sürücü düz getdiyi yoldan tamamilə hərəkət istiqamətini dəyişib. “Baku Bus” şirkətinin sürücüləri səhər xəttə buraxılmadan öncə həm şəkər, həm də təzyiq testindən keçirirlər. Hər səhər bu prosedur baş verir. Sözsüz ki, içki testi də aparılır. Əgər sürücünün səhhəti ilə bağlı hər hansı problem yaranardısa o zaman bu göstərici test zamanı bilənərdi”.
Nuridə Allahyarova qeyd edib ki, sürücü ən ağır formada cəzalandırılacaq: “Əgər qəzanın sürücü səhlənkarlığı nəticəsində baş verdiyi təsdiqlənərsə, nəticədə həmin sürücü müvafiq qayda və qanunlara uyğun olaraq cəzalandırılacaq. Birbaşa qəza şəraiti yaratdığına görə müvafiq cəza tətbiq oluncaq. Amma istənilən halda cəza ən ağır formada tətbiq olunacaq. Çünki bu, kobudluq etmək, hər hansı bir dayanacaqdan kənar saxlamaq deyil. Bu, sırf sərnişinin həyatı üçün təhlükə yaradan qəzalı vəziyyətin yaradılmasıdır”.
Qeyd edək ki, noyabrın 16-da Bakıda Salyan şossesində, 20-ci sahə dairəsi yaxınlığında “BakuBus” MMC-yə məxsus 6 saylı marşrut üzrə hərəkət edən avtobus divara çırpılıb. Qəza nəticəsində 1979-cu il təvəllüdlü Tofiq Əliyev də daxil olmaqla 7 nəfər yüngül xəsarət alıb. Xəsarət alanlar dərhal xəstəxanaya çatdırılıb və onlara ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Kontakt” region məktəbliləri üçün “dərs otaqları” yaratdı - Video
10:02 25.09.2025
“Kontakt” region məktəbliləri üçün “dərs otaqları” yaratdı - Video
Nazir: "ABŞ Avropaya tədarük olunan Rusiya neft-qazını tam əvəzləməyə hazırdır"
06:17 25.09.2025
Nazir: "ABŞ Avropaya tədarük olunan Rusiya neft-qazını tam əvəzləməyə hazırdır"
Aİ Ukrayna üçün 130 milyard avro kredit hazırlayır
04:02 25.09.2025
Aİ Ukrayna üçün 130 milyard avro kredit hazırlayır
Netanyahu: Digər ölkələrin Fələstini tanıması İsraili heç nəyə məcbur etməyəcək
02:52 25.09.2025
Netanyahu: Digər ölkələrin Fələstini tanıması İsraili heç nəyə məcbur etməyəcək
Suriya prezidenti: İsrailin Suriyaya qarşı təhdidləri səngimir
01:25 25.09.2025
Suriya prezidenti: İsrailin Suriyaya qarşı təhdidləri səngimir
Tramp Ağ Evdə Baydenin portretini dəyişdi - VİDEO
23:51 24.09.2025
Tramp Ağ Evdə Baydenin portretini dəyişdi - VİDEO
"Summativ pulu" qalmaqalı: Şagirdlər təhdid edildiklərini deyirlər - VİDEO
23:38 24.09.2025
"Summativ pulu" qalmaqalı: Şagirdlər təhdid edildiklərini deyirlər - VİDEO
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin təsisçisi ilə görüşüb
23:24 24.09.2025
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin təsisçisi ilə görüşüb
İmişlidəki kütləvi zəhərlənməyə görə cinayət işi açıldı
23:16 24.09.2025
İmişlidəki kütləvi zəhərlənməyə görə cinayət işi açıldı
Prezident Nyu-Yorkda "Franklin Templeton" şirkətinin baş icraçı direktoru və prezidenti ilə görüşüb
23:12 24.09.2025
Prezident Nyu-Yorkda "Franklin Templeton" şirkətinin baş icraçı direktoru və prezidenti ilə görüşüb
Rubio Moskvaya Ukrayna münaqişəsi ilə bağlı çağırış etdi
22:57 24.09.2025
Rubio Moskvaya Ukrayna münaqişəsi ilə bağlı çağırış etdi
İmişlidə toyda zəhərlənənlərin sayı 53-ə ÇATDI
22:47 24.09.2025
İmişlidə toyda zəhərlənənlərin sayı 53-ə ÇATDI
Prezidentin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub
22:26 24.09.2025
Prezidentin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyev Nyu-Yorkda portuqaliyalı həmkarı ilə görüşüb
22:20 24.09.2025
Prezident İlham Əliyev Nyu-Yorkda portuqaliyalı həmkarı ilə görüşüb
Ərdoğan Nyu Yorkda Makronla görüşüb
22:13 24.09.2025
Ərdoğan Nyu Yorkda Makronla görüşüb
İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb
22:05 24.09.2025
İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb