Qəzada bir ailənin 4 üzvü yaralandı

SOSİAL
17:36 02.01.2025
172
Hacıqabul rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə saat 15 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2107” markalı avtomobil dönmə əməliyyatı zamanı sürətlə hərəkətdə olan "Mercedes” markalı avtomobilin qarşısına çıxıb. Nəticədə "VAZ-2107” yoldan çıxaraq restoranın qarşısında dayanan digər avtomobillərə çırpılıb.

Qəza nəticəsində bir ailənin 4 üzvü - Sabirabad sakinləri, 2016-cı il təvəllüdlü Qəhəmanov Yusif Zamin oğlu, 2018-ci il təvəllüdlü Qəhrəmanova Günel Vilayət qızı, 1996-cı il təvəllüdlü Qəhrəmanova Aminə Fikrət qızı və 1990-cı il təvəllüdlü Qəhrəmanlı Vilayət Rzaxan oğlu, həmçinin 2016-cı il təvəllüdlü Bakı sakini Sarıyev Elvin Elşən oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Daha 2 nəfər ambulator yardım alıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR