Qəzaya uğrayan təyyarənin iki ekipaj üzvü xilas edilib
Bütün Xəbərlər
13:11 23.12.2011
1902
Abşeron rayonunun Masazır qəsəbəsində qəzaya uğrayan təyyarədə olan iki nəfər ekipaj üzvü xilas edilib. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri gölə düşən təyyarənin ekipaj üzvlərini qayıqla quruya çıxarıblar. Təlimçi ekipaj üzvlərindən birinin Tahir Ağaquliyev olduğu bildirilib. Digər ekipaj üzvünün şəxsiyyəti isə hələlik bəlli deyil. Təyyarə hələ göldədir. FHN xilasediciləri və polis əməkdaşları hadisə yerindədirlər. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və nazirliyin digər yüksək rütbəli əməkdaşları da hadisə yerinə gəliblər. Mətbuat nümayəndələri gölə yaxın buraxılmır.