Noyabrın 21-də "www.7gün.az" saytının redaktoru, Masallı rayon sakini Cavid Şirəliyev Nəsimi RPİ 20-ci Polis Bölməsinə ərizə müraciət edib.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, o ərizədə bildirib ki, həmin gün saat 18.20 radələrində A.Məhərrəmov küçəsi ev 30/14-ün qarşısında Bakı İnformasiya Agentliyinin və "Polit Ress" qəzetinin təsisçisi Südeyif Məcidov və onunla birgə olan 2 naməlum şəxs tərəfindən döyülüb və 1250 manat pulu əlindən alınıb. Araşdırmalar aparılır.