Qəzza sektorunda ölənlərin sayı 139 nəfərə çatdı

Qəzza sektorunda ölənlərin sayı 139 nəfərə çatdı
DÜNYA
13:36 15.05.2021
475
İsrail tərəfindən Qəzza sektorunun atəşə tutulması nəticəsində azı 139 nəfər, o cümlədən həddi-büluğa çatmamış 39 şəxs həlak olub, 1 000-dən çox insan xəsarət alıb.
 
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi bildirib.

"139 insan həlak olub, onların arasında həddi-buluğa çatmamış 39 nəfər və 22 qadın var, 1 00-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıblar", - radiostansiya nazirliyə istinadən bildirib.

Qeyd edək ki, Qəzza sektorunda İsrail ordusu və Fələstin qruplaşmalarının qarşılıqlı raket atəşləri mayın 10-dan səngimək bilmir.
OXŞAR XƏBƏRLƏR