Qəzza xalqına dəstək olaraq aclıq aksiyası başladıldı

Qəzza xalqına dəstək olaraq aclıq aksiyası başladıldı
DÜNYA
16:23 12.05.2025
337
ABŞ-nin Yale və Kaliforniya Dövlət Universitetinin tələbələri İsrailin soyqırımı səbəbilə aclıqdan əziyyət çəkən Qəzza xalqı ilə həmrəylik məqsədilə aclıq aksiyası keçiriblər.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ-nin yerli mətbuatı xəbər yayıb.
 
Tələbələr universitet rəhbərliyindən İsrailin soyqırımını dəstəkləyən şirkətlərlə əlaqələrinin kəsilməsini və universitet şəhərciyində ifadə azadlığının qorunmasını tələb ediblər.

Eynilə, Yale Universitetində Fələstin tərəfdarı olan altı tələbə Kaliforniya Dövlət Universitetinin tələbələri ilə həmrəy olaraq aclıq aksiyasına başlayıb.

Tələbələr İsrailin martın 2-dən Qəzza zolağına humanitar yardımın girişini dayandırma qərarına reaksiya verib və Qəzzada aclıqdan ölənlərlə həmrəy olduqlarını vurğulayıblar.

Universitet tələblərini yerinə yetirənə qədər aclıq aksiyasına davam etməyi hədəfləyən tələbələr bu müddət ərzində ancaq su içəcəklərini bildiriblər.
 
Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 52 min 862, yaralıların sayı isə 119 min 648-ə yüksəlib.
 
Oksana

OXŞAR XƏBƏRLƏR