Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır

Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
DÜNYA
11:04 02.07.2025
243
Qəzzada xəstəxanalar elektrik və yanacaq çatışmazlığı səbəbindən bağlanma təhlükəsi ilə üzləşib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Qəzzadakı Sifa Xəstəxanasının direktoru Muhammed Abu Silmiyye, generatorları İsrail blokadasının kölgəsində işlətmək üçün ciddi yanacaq qıtlığı yaşadıqlarını ifadə edərək, "Xəstəxanalar elektriksiz işləyə bilməyəcək. Generatorlar dayandığı an əsl fəlakətlə üzləşəcəyik. İnsanların xilas ediləcəyi yerlər olmaqdansa, qəbiristanlıqlara çevriləcək" deyə bildirib.

Əbu Silmiyye generatorları işə salmaq üçün gündə 1500-1700 litr yanacağa ehtiyac duyduqlarını və əllərində olan yanacaq miqdarının 1000 litri keçmədiyini və bunun bir neçə saata kifayət etdiyini bildirib.

Xəstəxana direktoru Əbu Silmiyye Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə görüşdüklərini və vəziyyətin xəstəxanaların tamamilə dağılmasına səbəb ola biləcək qədər ciddi olduğunu izah edib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR